Sosial (23-09-2016, 17:06)
AQRAR UNİVERSİTETİNDƏ REFERENDUMLA BAĞLI TƏDBİR KEÇİRİLİB - FOTOLAR
Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai Elmlər və multikulturalizm kafedrası Aqrobiznes və İdarəetmə fakultəsinin konfurans zalında ölkəmizdə keçiriləcək “ 26 Sentyabr Referendum günü”-nə həsr olunan tədbir keçirib.
Mediatv.az xəbər verir ki, tədbirdə universitetin ayrı-ayrı fakultələrinin müəllimləri və tələbələri iştirak edib.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, tədbiri Universitetin Tədris işləri üzrə prorektoru Anar Hətəmov açıb, sentyabrın 26-da reallaşacaq referendum aktının mahiyyəti, referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı məlumat verib.
Anar Hətəmov qeyd edib ki, yeni qanunların qəbulu, yaxud mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən köklü dəyişikliklər, eləcə də regionda və dünyada baş verən geosiyasi proeseslərin zərurətindən irəli gəlir. O, Konstitusiyaya dəyişikliklərlə bağlı layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahat kimi dəyərləndirib. Ölkəmizin hərtərəfli inkişafına böyük tövhə olan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü, siyasətin uğurla davam etdirilməsinə təkan verən referendumda tədbir iştirakçılarını fəal iştirak etməyə çağırıb.
Daha sonra İctimai Elmlər və multikultralizm kafedrasının müəllimi Elgün Aslanov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına olunacaq əlavə və dəyişikliklərin əks olunduğu Referendum Aktı hazırkı dünya siyasətində baş verən hadisələr fonunda ölkəmizin əmin-amanlığının və sabitliyinin daha da möhkəmlənməsinə Azərbaycanın bir dövlət kimi daha da qüdrətlənməsinə təkan verəcək və dəyişiklik aktında yaş senzinin aradan qaldırılması Azərbaycan dövlətinin öz gəncliyinə inamını ifadə edir.
Müəllimlərdən İctimai Elmlər və Multikulturalizm kafedrasının baş müəllimi Zümrüd Qəhrəmanova, müəllim Sevda Abdullayeva, Menecment və aqrar marketinq kafedrasının assistenti, universitetin TEC-in sədri Fərrux Rəhimov, tələbələrdən Aqrobiznes və İdarəetmə fakultəsinin Menecment ixtisası üzrə IV kurs tələbəsi Günay İbrahimova, həmin ixtisas üzrə I kurs tələbəsi Valeh Əsədov çıxış edərək Konstitusiyaya edilən əlavəvə dəyişikliklərin Azərbaycan dövlətinin konstitusion əsaslarının daha da möhkəmləndirilməsi, ölkəmizin rifahı, müstəqilliyi, insan hüquqlarının və azadlıqlarının daha yaxşı qorunması, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi, demokratiyanın gücləndirilməsi və yerli özünüidarəetmənin inkişafı baxımından zəruri olduğunu vurğulayıblar.
