Sosial (21-04-2016, 12:14)
PİRVERDİYEVDƏN YENİ KÜTLƏVİ İXTİSAR QƏRARI - 300-ə yaxın işcini kənara atdı
“Azərenerji ASC”-də yenidən kütləvi ixtisar baş verib.
Mediatv.az xəbər verir ki, “Azərenerji ASC”-nin prezidenti Etibar Pirverdiyevin martın 16-da imzaladığı əmrlə qurumun tərkibindəki bəzi idarə və xidnmətlər ləğv edilərək, vahid strukturda birləşdirilib.
Belə ki, sözügedən əmrlə “Azərenerji” ASC-nin idarə aparatının tərkibindəki Enerjinəzarət İdarəsi, Əməyin Təhlükəsizliyi Xidməti, və Yanğından Mühafizə Xidməti ləğv olunub. Bu 3 strukturun yerinə baş mühəndisin funksional tabeçiliyində Enerjinəzarət Xidməti, Texniki şərtlərin verilməsi xidməti və Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istismara nəzarət Xidmətinin yaradılması qərara alınıb.
Bunun nəticəsində “Azərenerji ASC”- yenidən kütləvi ixtisarlar baş verib. Belə ki,ləğv edilmiş Enerjinəzarət İdarəsinin 300 işçisi olub ki, onu əvəzləyən yeni struktura həmin işçilərdən cəmi 58 nəfəri götürülüb. Texniki şərtlərin verilməsi xidmətində isə 28 işçidən 3-ü saxlanılıb. Yanğından mühafizədə işçilərin sayı 4-dən 1-ə, istismara nəzarət xidmətində isə 14-dən 2-yə endirilib. Bir daha qeyd edək ki, yeni yaradalına strukturların işçilərin əvvəlki qurumlardan transfer olunub. Yəni, 282 nəfər kənar atılıb.
Onu da qeyd edək ki, azadlıq.info-nun məlumatına görə, “Azərenerji”də bayramlarda işçilərə verilən 105 manat 52 manat 50 qəpiyə endirilib. Bayramların sayı da azaldılıb. İndi “Azərenerji”də çalışanlar həmin pulu yalnız Energetika və Dünya Azərbaycanlılarının Həmrəyliyi günlərində alırlar. Bundan başqa məzuniyyət vaxtı həmkarların xəttilə verilən pul da ləğv olunub.
Onu da xatırladaq ki, tən ilin sonunda da “Azərenerji ASC”-də kütləvi ixtisarlar aparılmışdı
AzPolitika.info.
