Sağlamlıq (Bu gün, 11:37)
Mətbəxin təbii möcüzəsi: Sirkənin faydaları

Pravda.az bildirir ki, ölçülü şəkildə istifadə edildikdə dərinin pH balansını tənzimləyir, yağlılığı azaldır və saçlara təbii parlaqlıq bəxş edir. Eyni zamanda, göbələk əleyhinə təsiri ilə dəridəki infeksiyaların müalicəsində dəstəkçi ola bilər.
Saça və dəriyə faydaları:
Dərinin parlaqlığını və elastikliyini artırır
Sızanaqların və gözənəklərin görünümünü azaldır
Saçda kəpək və yağlanmanı azaldır
Təraş sonrası və ya günəş sonrası dərini sakitləşdirir
Saçlara canlılıq və parıltı verir
İstifadə qaydaları:
Dəriyə tətbiq: 1 hissə sirkə, 3 hissə su ilə qarışdırılaraq pambıqla dəriyə çəkilə bilər.
Saça tətbiq: Saç durulama suyuna 1-2 yemək qaşığı ağ sirke əlavə edilə bilər.
Nədən hazırlanır?
Ağ sirkə təbii fermentasiya yolu ilə etanolun bakteriyalarla qarşılıqlı təsirindən əldə edilir. Ən çox taxıl, şəkər çuğunduru və kartof kimi mənbələrdən hazırlanır.
Yan təsirləri:
Yüksək asidik quruluşuna görə ehtiyatla istifadə olunmalıdır.
Dəriyə birbaşa tətbiq edildikdə qızartı və quruluq yarada bilər
Diş minasını zədələyə və reflü simptomlarını artıraraq mədəyə təsir göstərə bilər
Boyalı saçlarda rəng solması mümkündür
Kimlər istifadə etməməlidir?
Hamilə və ya əmizdirən qadınların, uşaqların və həssas dərili şəxslərin ağ sirkədən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.
Ağ sirkə haralarda istifadə olunur?
Mətbəxdə: salat, marinad və turşu hazırlığında
Təmizlikdə: dezinfeksiyaedici və təmizləyici vasitə kimi
Baxımda: dəri və saç üçün təbii qulluq vasitəsi
Bağçılıqda: alaq otlarının təmizlənməsində
Nəticə olaraq, ağ sirkə çoxyönlü və təbii məhsul olmaqla həm gigiyena, həm də baxım məqsədləri üçün rahatlıqla istifadə edilə bilər. Lakin istifadə zamanı düzgün nisbətlərə və fərdi dəri həssaslığına diqqət edilməlidir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025