Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 10:23)
Xırdalanda ağacların kəsilməsi ilə yeri açılan obyekt inşa olunur

Xırdalanda ağacların kəsilməsi ilə yeri açılan obyekt inşa olunur

Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 18 ünvanda ağacların kəsilməsi ilə müşayiət olunan gələcək obyekt tikintisinin əsası qoyulur. Qeyd olunan ünvanda lentə aldığımız video-görüntülərdən və analoji faktları əvvəlki müşahidələrimizdən belə qənaətə gəlmək olur ki, məkanda köhnə fərdi həyət evi olub. Məhlə hansısa sahibkar tərəfindən satın alınıb. İndi isə həmin köhnə ev sökülür və ətrafındakı ağaclar məhv edilir. Böyük ehtimal ki, ərazidə apartman tipli başqa bir ev və ya obyekt inşa edilməsi üçün kotlovan yeri açılır. Çünki Xırdalan şəhərində əvvəli bu cür başlayan işlərə çox rast gəlinib.
O da bəllidir ki, bu cür projelər Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) baş memarının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidovun izn-rüsxəti olmadan həyata keçirilə bilməz. Nədən ki, onların yerlərdəki funksionerlərinin gözündən quş da səkə bilməz. Əgər görməyiblərsə, yaxud, görmədiklərini iddia edəcəklərsə, saytımızda təqdim olunan bu görüntülərə münasibət bildirməlidirlər.Axı tikilməkdə olan və yeni tikiləcək obyektlərin layihə sənədlərinə dövlət ekoloji ekspertizası rəyini onlar verir, tələblərinin icrasına da nəzarəti yerinə yetirməlidirlər.
Çox da uzaq olmayan vaxtın olaylarını xatırladırıq: Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin sabiq müdiri (baş memar) Akif Əliyev vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon icra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini vəd edib rüşvət qismində pul istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq təkrarən pul almasına görə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Mövzuya qayıdacağıq.
Nyus.Az





шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025