Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-03-2016, 20:23)
BACISI OĞLUNA GÜVƏNƏN İCRA BAŞÇISININ YENİ SƏRGÜZƏŞTLƏRİ – VİDEOİTTİHAM

Son günlər Ağsu rayonunda baş verənləri işıqlandırmaqla çox qaranlıq məqamlar aydınlandı.


Araşdırmalar apardıqda yerlərdə rayon rəhbərliyinin çirkin əməlləri çılpaqlığı ilə üzə çıxdı. Belə ifşalar bunu deməyə əsas verir ki, Ağsunu təsadüfi, küçə səviyyəsində olan feodal təfəkkürlü adamlar idarə edir. Əslində Ağsu idarə olunmur, talan olunur. Burada insanlar dərdini deməyə ünvan tapa bilmirlər. İnsanlar taleyin ümidinə buraxılıblar. Bir qrup mafioz, dələduz yığnağı rayonda daş üstündə daş qoymayıb. Ağsu insanı hər ötən gün sosial problemlərin məngənəsində sıxılır, sıxıldıqca nə qədər haray salsa da səsinə səs verən tapılmır. Rayonun icra strukturları, hüquq-mühafizə orqanları və sairlər boğazına kimi rüşvət və korrupsiyanın içərisindədirlər. Bütün bu məsələlərə görə Ağsu sakinləri müstəqil KİV-lərə müraciət edərək, hesab edirlər ki, onların şikayətləri nəhayət günün birində dövlət başçısı tərəfindən dinlənilər və rayonu dədə malı kimi talayanlar, başda Ənvər Seyidəliyev olmaqla, komandası iş başından götürülərlər. Ağsu sakinlərinin növbəti şikayətlərini c dəyərli oxuculara təqdim edilir.Ağsu rayonu Ərəbmehdibəyli kənd sakini Ağaqulu Hüseynovun söylədiklərinı Ağaqulu baba yaşlı bir insan olduğuna görə onun əvəzinə nəvəsi Ruslan Xalıqov mövcud problemi nəql edir: “Zəlzələ vaxtı babamın evi uçub. Mən şəxsən babamı on iki dəfə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qəbuluna aparıb onunla görüşdürmüşəm. Ənvər Seyidəliyev hər dəfə babamı bir bəhanə ilə yola salıb. İcra başçısı hər dəfə babama deyirdi ki, arxayın ol, iki-üç günə evinin tikintisinə başlayacaqlar. Bu ağsaqqal ən azı 50 əsgərin babasıdır. Belə bir adamın hazırki şəraitdə yaşaması nə dərəcədə ədalətlidir? Neft-qaz ölkəsində belə durumda yaşamağı necə adlandırmaq olar? Bizim imkanımız yoxdur ki, yığışıb onun evini tikib qurtaraq. Divarını bir təhər tikmişik, indi üstünü qaldırmaq lazımdır ki, bu yaşlı insan ora köçsün. Rayon rəhbərliyi, kəndimizin rəhbərliyi 10. 000 manata, 20. 000 manata nərd, domino oynayırlar, nə olar ki, bu adama kömək etsinlər. Hanı bu ölkənin büdcəsi? İcra başçısı hara baxır? Mən Ağsunun yüksək vəzifələrdə təmsil olunan adamlarına müraciət edirəm. Ərəstun Cavadov, düz on il Ağsunun deputatı olmusan. Kəndimizin bütün torpaqlarını zəbt etmisən. Bu insanın da torpağını siz zəbt edib uzun illərdir ki, yararlanırsınız. İnsafınız olsun, heç olmasa bu insana kömək edin. Səlim Müslümov, Ənvər Seyidəliyev, Mikayıl İsmayılov, sizlərə səslənirəm. rrNiyə kömək etmirsiniz? Birinizin Ağsuya bir xeyri dəyməyib. Hər biriniz Ağsuya düşmən kəsilmisiniz. Bəlkə də sizlər olmasaydınız, bu rayon, bu kənd bir ağ gün görərdi. Mən adıçəkilən vəzifə sahiblərinə üzümü tutub deyirəm. Belə olmaz. Bu gün siz tutduğunuz vəzifələrinizdən istifadə edib bu insanların səsini boğursunuzsa, onlara kömək etmirsinizsə, bir gün gələcək allahın hüzurunda dayanacaqsınız və onda etdiklərinizə görə allaha cavab verə bilməyəcəksiniz. Sizlər bu gün bu kimi işlərə göz yumursunuz. Bəli, Allah bunu götürməyəcək”. Ağaqulu Hüseynov çətinliklə qeyd edir ki, nazir Səlim Müslümov Ağsuya gələndə onun qəbuluna gedib və şəxsən Səlim Müslümova evinin uçmasını deyib. Səlim Müslümov da onu arxayın edib ki, tikinti ilə məşğul olan təşkilatlara tapşıracağam, gəlib evini tikəcəklər. Ancaq aradan xeyli vaxt keçməsinə baxmayaraq, nə gəlib maraqlanan var, nə də ki, ev tikilməmiş qalıb. Ağaqulu baba bildirir ki, “Mən rayon icra hakimiyyətinə getdim ki, soruşum görək Mehriban Əliyeva ilə necə görüşə bilərəm. Orada məni kompyuterin qarşısında əyləşdirdilər və videoda bir qadın mənimlə danışdı və dedi ki, mən Mehriban xanımın müaviniyəm və bizim vəsaitimiz yoxdur. Sonra icra hakimiyyətinin işçiləri başqa bir adamla məni danışdırdılar. Bu adam dedi ki, mən prezident İlham Əliyevin müaviniyəm. Mən onunla danışıb dərdimi dedim. O, adam da mənə cavab verdi ki, bizim vəsaitimiz yoxdur”. Bu söhbətə Ağaqulu babanın nəvəsi Ruslan Xalıqov da qoşularaq deyir: “Səlim Müslümovun, Ənvər Seyidəliyevin pulu yoxdur da bu kişini dağa-daşa salıblar. Bilirsiniz, babam yaşlı adamdır. İcra hakimiyyətinə gedir, orada onu kompyuterdə əyləşdirib öz adamları ilə danışdırırlar və aldadırlar ki, bu adam Mehriban xanımın müavinidir, bu adam prezident İlham Əliyevin müavinidiryy. Ona deyirlər ki, gördünmü birinci xanımın müavini də, prezidentin müavini də dedi ki, vəsaitimiz yoxdur deyərək onu aldadırlar. İndi baxın da Ağsu rayon icra hakimiyyəti görün nə işlərlə məşğuldur? Prezidentin adından, birinci xanımın adından əhaliyə yalan danışırlar. Bu hərəkət dövlətə, hakimiyyətə xəyanət deyilmi? Bu hərəkət insanları narazı salmaq deyilmi? Ağsu rayon rəhbərliyi yalanla, fırıldaqla baş saxlayırlar. Bizim başqa yolumuz yoxdur. Bir yolumuz qalıb ki, buradan çıxıb gedək. İş-güc yox dolanışıq yox, səsimizi eşidən yox, bilmirik dərdimizi kimə deyək.”\ cumhuriyyət.az\

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024