Sosial / Slayd (22-02-2016, 13:48)
Rayonun rəsmən qoçusudur... - DYP rəisinə belə qadağa qoyur...
Ağsu rayonunda baş verənləri son vaxtlar cumhuriyyet. az olaraq diqqətdə saxlayırıq. Həmçinin son vaxtlar Ağsuda yaşananlar artıq yerli əhali tərəfindən etirazla qarşılanır. Ən əsası isə rayonda ayrı-ayrı vəzifələrdə çalışanlar rayon rəhbərliyinin idarəetməsinə etiraz əlaməti olaraq, cərayan edənləri əl-altdan KİV-lərə ötürməklə məşğuldurlar. Məsələn, rayonda elə də kiçik vəzifəsi olmayan məmur KİV-lərlə əlaqəsində qeyd edir ki, Ağsu bütünlüklə dayı-bacıoğlu ittifaqına qarşıdır. Bəlli səbəblərdən adının çəkilməsini istəməyən məmur cumhuriyyet.az-a bildirir ki, rayonda heç kimin məktubunu oxuyan yoxdur: “Ənvər Seyidəliyev bütün dəyərlərin üstündən xətt çəkib. Ağsuda hazırki rəhbərliyin üstünlük verdiyi dəyərlər, dəyərsizliklərdir. İcra başçısı olan bu şəxsdə qətiyyən dövlətə, dövlətçiliyə sevgi deyilən şey yoxdur. Bu adam vəzifəsindən sui-istifadə hallarına yol verir, vəzifə və səlahiyyət həddini aşır və yalnız rayonu talamaqla məşğuldur”.
Ağsuda dayı və bacıoğlu deyəndə icra başçısı Ənvər Seyidəliyev və bacısı oğlu əmək və əhalinin sosial inkişafı naziri Səlim Müslümov nəzərdə tutulur. Bu iki şəxslə bağlı rayon məmurunun cumhuriyyet.az-a dediklərini olduğu kimi diqqətinizə çatdırırıq: “Bilirsiniz, bu şəxslərə niyə nifrət edirlər? Çünki bu adamlar uzun illərdir ki, Ağsunu xaraba vəziyyətə qoyublar. Rayonda nə ki, yaxşı yerlər, torpaqlar, obyekt yerləri var, hamısı dayı-bacıoğlu tərəfindən özününküləşdirilib. Rayonda nə kimi pula gedəsi şeylər varsa bunlar tərəfindən satılıb. Bütün layihələrdə, ortalıqda olan və qazanılıb ortalığa qoyulan pullarda dayı-bacıoğlu ortaqdırlar. Ağsuda nazir Səlim Müslümov haqqında belə danışırlar. Bir adam ki, öz süfrəsinə çörək qoya bilmir, bütöv bir məmləkətin süfrəsini necə çörəklə təmin edə bilər? Səlim Müslümov kimi müalicəyə göndərib? Səlim Müslümov hansı dərdli Ağsulunun dərdinə çarə qılıb? Səlim Müslümov kimin yarasına məlhəm olub?Bu adam yaşından, başından utanmırmı?Adam nə qədər yalan danışar? Səlim Müslümovun rayon ərazisindəki qoyun fermalarını hamı əzbər bilir ki, hansı yollarla əldə edib. Əhaliyə məxsus nə qədər torpaqların zəbt olunduğunu hamı gözəl bilir. Səlim Müslümov Ağsuya gəlib deyə bilərmi ki, rayon əhalisinin sosial rifahı üçün hansı layihələrə imza atıb?Dayı-bacıoğlunun işi dövlətin Ağsuya ayırdığı sosial-iqtisadı inkişaf üçün nəzərdə tutulan pulları mənimsəməkdən ibarətdir. İldə iki dəfə park söküb tikməklə, yollara bardür düzməklə, küçələrə lüks adıyla ən lazımsız materiallardan istifadə etməklə, güya ki, abadlıq işləri aparırlar. Bu adamların əvvəlki nazir Füzüli Ələkbərovun mafiyası ilə heç bir fərqi yoxdur. Əvvəlkilər yenə işlərini aramla görürdülərsə, Səlim Müslümov və komandası bu işlərə acgözlüklə girişib və bir neçə rayonda talançılıqla məşğuldurlar”.rr tt yy uu
Ağsuda baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan son məlumat xüsusilə ilgincdir. Belə ki həmin məlumatdan belə anlaşılır ki, nəhayət icra başçısının hökmünə qarşı çıxan tapılıb. Ağsu rayonunda Azərbaycan respublikası daxili işlər nazirliyi BDYPİ-nin Ağsu RQİ və TBŞ-nin yerləşdiyi ərazidə icra başçısı Ənvər Seyidəliyevin tikmək istədiyi çayxana, yeməkxana layihəsini elə el arasında “MERU” kimi çağırılan müəssisənin rəisi Sahib İmanov yarımçıq saxlatdırıb. TBŞ-də işləyən mənbə cumhuriyyet.az-a bildirir ki, buraya hər gün onlarla, həftə ərzində yüzlərlə adam gələrək problemlərini yoluna qoyurlar. Bəzən günün sonuna kimi növbə yarandığından insanlar nahar eləmək üçün Bir neçə km geri Ağsuya qayıtmalı olurlar: “Bunları görən rayon rəhbərliyi yeni qazanc yeri əldə etmək üçün ərazidə hazırki layihəni həyata keçirmək istədi. Ancaq burada onsuz da sıxlıq olduğu üçün kollektivimizin səyi ilə daha mötəbər yerlərə müraciət edərək layihəni yarımçıq saxlatdırıb. Hazırda bu tikilidə hər hansı iş aparılmır və hesab edirik ki, bu mümkün də deyil. Kimlərsə pul qazanmaq istəyirsə bunun üçün başqa münasib yerlər var. Dövlətin hüquq-mühafizə orqanının lap yaxınlığında belə bir obyektin fəaliyyət göstərməsi məqsədə müvafiq sayıla biməz. Bu qərar lap yuxarı dairələrdə dəstək qazandığına görə layihə də yarımçıq saxlanıldı”.
Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxslərin fikirlərini dinləyib dərc etməyə hazırıq. Sonda ərazidən əldə etdiyimiz bir neçə foto və video görüntünü dəyərli izləyicilərimizə təqdim edirik. Nazir cənab Səlim Müslümovun qoyun fermaları iddiasının nə dərəcədə doğru olduğunu bilmək üçün Ağsuda araşdırmalara davam edəcəyik. Bizi izləməyi unutmayın.