Karusel (Bu gün, 13:33)
Azərbaycanda kənd təsərrüfatını məhv edən Rusiya şirkəti... -İlginc detallar+FOTO
Son illərdə Azərbaycanın kənd təsərrüfatında bitki xəstəlikləri və zərərvericilərin populyasiyasında kəskin artım müşahidə edilir. Mütəxəssislər bildirirlər ki, bu təhlükələrlə mübarizədə istifadə olunan aqrokimyəvi maddələrin effektivliyi azalır. Halbuki bu maddələrin qiyməti durmadan artır. Nəticədə fermerlər olduqca çətin vəziyyətə düşürlər: xərc artır, məhsuldarlıq və keyfiyyət isə azalır, bu da ikiqat iqtisadi itkiyə səbəb olur.
Fermerlər Haqqin.az redaksiyasına müraciət edərək bazara keyfiyyətsiz dərmanların daxil olduğundan şikayətləniblər. Əvvəllər bir neçə dəfə torpaq emalı ilə nəticə əldə edilə bildiyi halda, indi 10-15 dəfə emal belə effekt vermir. Hətta bir fermer preparatın məhlulunda sahə qurdu saxladığını və canlının sağ qaldığını bildirib.
Ağdaşlı fermer Şakir Məmmədov isə deyib ki, dərmanların keyfiyyəti yalnız istifadə zamanı bəlli olur. Hazırda əsasən, Rusiya və Türkiyə istehsalı olan kimyəvi maddələrdən istifadə olunur.
İqtisadçı Akif Nəsirli qeyd edir ki, bu sahəyə dövlətin birbaşa nəzarəti yoxdur və idxalla əsasən, özəl şirkətlər məşğuldur. Bu isə sui-istifadəyə şərait yaradır.
Fermerlər xüsusilə Rusiyanın “Şolkovo Aqroxim” şirkətinin fəaliyyəti ilə bağlı şikayət edirlər. Bildirilir ki, şirkət istifadəyə yararsız, müddəti bitmiş preparatları yeni tarixlərlə satışa çıxarır və qeydiyyatsız anbarlardan istifadə edir. Bəzi hallarda toksik maddə tərkibi yüksək olur.

Rəsmi olaraq şirkətin 2023-cü ildə Azərbaycandakı nümayəndəliyi ləğv edilsə də, Rusiya mətbuatında onun fəaliyyəti barədə məlumatlar hələ də yayılır. Haqqin.az jurnalistləri Bakıda yerləşən ofislə əlaqə yaratmağa çalışdıqda, onlara cavab verilməyib, hətta bir əməkdaş onları binanın çıxışına qədər izləyib.
Bununla belə, AQTA cavabında preparatların effektivsizliyinə görə məsuliyyəti fermerlərin öz üzərinə qoymağa meyllidir. Qeyd olunur ki, bəzi hallarda preparatların düzgün istifadə olunmaması, dozaların pozulması və ya yanlış tətbiq forması səbəb ola bilər. “Şolkovo Aqroxim” məhsullarına dair birbaşa şikayətlər və şirkətin real statusu barədə suallara cavab verilməyib.
Kənd Təsərrüfatı Nazirliyi aqrokimyəvi şirkətlərin fəaliyyətinə nəzarətin onların səlahiyyətinə daxil olmadığını bildirib. İqtisadiyyat Nazirliyi isə ilkin olaraq jurnalistlərlə əlaqə saxlayacağına söz versə də, sonradan hər hansı rəy verməyib.
Şirkətin nümayəndəsi Sabina Almasova iddiaları rədd edib, məhsulların qanuni yollarla, sertifikatla satıldığını bildirib. Lakin vergi identifikasiya nömrəsini təqdim etməyib, yalnız ümumi bəyanatlarla kifayətlənib. O, satışın Bakı ərazisində aparılmadığını, bölgələrdə - Ağdaş, Xaçmaz və Qubada aktiv olduqlarını deyib.

Beləliklə, açıq və şəffaf nəzarətin, eləcə də institusional hesabatlılığın olmaması fonunda aqrokimyəvi məhsullar bazarındakı vəziyyət son dərəcə narahatedici olaraq qalır. Söhbət tək-tək pozuntulardan deyil, kənd təsərrüfatı dövriyyəsinin tənzimlənməsi ilə bağlı sistemli bir böhrandan gedir. Bu böhran isə dövlət nəzarətinin gücləndirilməsini və aqrar sektorun bütün iştirakçılarının məsuliyyətinin artırılmasını tələb edir.
Aysel,BakuPost

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025