Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (Bu gün, 11:54)
TOVUZ RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA ƏDALƏTLİ, HUMANİST İDARƏÇİLİK MODELİ VƏ HƏMRƏYLİK


Ümummilli Liderimiz  Heydər Əliyev  Tovuza və  tovuzlulara həmişə  yüksək qiymət vermişdir. Ulu Öndərin söylədiyi: “Tovuzun  gözəl  təbiəti, qiymətli sərvəti vardır. Ən qiymətli sərvəti onun əməksevər insanlarıdır” və “Tovuzla mənim dostluğumun böyük tarixi vardır” qiymətli kəlamları bu yerin insanlarına böyük ruh vermişdir. Tovuzlular da həmişə verilən bu yüksək qiymətə layiq işləyib fəaliyyət göstərmiş, daim Heydər Əliyev ideyalarına sadiq olmuşlar.  
Tovuz  rayonu  strateji  əhəmiyyətə malik olmaqla, yeraltı və yerüstü təbii resurslarla zəngin, eləcə də aqrar sektorun inkişafı üçün əlverişli torpaqlara və bitki örtüyünə malikdir. Tovuz rayonunda kommunal məsələlər, yol-nəqliyyat problemləri, infrastrukturun təmiri, abadlaşdırılması, təmizliyi və digər məsələlər ilə bağlı vətəndaş müraciətlərinin  elektron  xəritə  üzərində  qeyd edilməklə aidiyyəti dövlət qurumlarına yönləndirilməsi üçün elektron sistemin, yəni  “ASAN Müraciət” ictimai-nəzarət platformasının, kənd  təsərrüfatı  sahəsində  fəaliyyət  göstərən  çoxsaylı subyektlərin həm xidmət göstərdiyi, həm də xidmət aldığı vahid platformanın - Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi - “eAgro”  isə  şəffaf və səmərəli idarəetmə, innovasiyanın  tətbiqi, daxili  və  xarici  sistemlərlə  inteqrasiya  imkanlarını əhatə etməklə yeni müasir xidmət müəssisələrin yaradılması Möhtərəm Prezident İlham Əliyevin  rayona diqqət və  qayğısının təzahürüdür.  
Cənab Prezidentin tapşırıq və tövsiyələrinə əməl edən təcrübəli, xalqını və dövlətçiliyi sevən Məmməd Cahangir oğlu Məmmədov 7 iyun 2018- ci ildən Tovuz Rayon İcra Hakimiyyətinin başçısıdır. Dərin iqtisadi təcrübə, iqtisadçı kimi yetişən Məmməd  Məmmədovun  peşəkar  bilikləri Tovuzda yerli infrastruktur və kənd təsərrüfatı  sektorlarında  strateji  böyük  layihələrin  həyata keçirilməsinə əsas yaratmışdır.  Məmməd  Məmmədov Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  7 iyun 2018-ci il tarixli  sərəncamı  ilə  bu önəmli vəzifəyə gətirilib  — bu, onun güclü idarəçilik potensialına dövlət səviyyəsində etimadın göstəricisidir. Məmməd Məmmədov  isə   həmişə  öz fəaliyyəti müddətində  cənab Prezidentin bu etimadını doğrultmağa  çalışır.
Məmməd Məmmədov rayona rəhbərlik etdiyi  dövrdən Tovuzda infrastrukturun gücləndirilməsi—su  təchizatı, təhsil  və  səhiyyə obyektlərinin inkişafı, yolların təmiri  həmişə diqqət mərkəzində olmuşdur. Bu, rayonda əhalinin gün-güzəranının, bir sözlə  sosial rifahının artırılması istiqamətində  atılan  mühüm addımlardandır. Belə ki, qısa müddət ərzində ucqar kəndləri  rayon  mərkəzi ilə birləşdirən yolların təmiri, bir neçə körpülərin yenidən bərpası və inşası kimi işlər həyata keçirilmişdir. Bütün bunlar da rayon sakinlərinin rahatlığını təmin etməyə hesablanmışdır.
Tovuz  rayonunda  kənd təsərrüfatı sektoru prioritet sahələrdən biri olaraq qalmaqdadır. İqtisadçı kimi formalaşan  icra başçısı  fermerlərə yönələn subsidiyalar, gübrə və süni suvarma  sistemləri  üçün  təşəbbüsləri  ilə  bu sahədə artımı təmin edir. Tovuzun müxtəlif kəndlərində sosial mühitin gücləndirilməsi, vətəndaşlarla davamlı dialoq və sahibkarlıq  təşəbbüslərinin  təşviqi — İcra başçısı Məmməd Məmmədovun prioritetləri arasındadır.  
Bu  da  rayonda  aqrar  sahəyə  marağı  artırmış  və əhalinin yerli resurslardan  səmərəli  istifadəsində, eləcə də  kənd  təsərrüfatı  məhsullarının  istehsalında özünü göstərmişdir.  Bunlarla yanaşı,   həm  də  kənd  təsərrüfatında məhsuldarlıq  artmışdır. Belə demək yerinə düşər ki, artıq  aqrar  sahədə müasir innovativ texnologiyaların inkişafı və tətbiqi ilə böyük layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaranmışdır.  Bu  məqsədlərə  çatmaq  üçün, etbarlı və çevik idarəcilik  xüsusi önəm daşıyır.
Məhz  Məmməd Məmmədovun Tovuz rayonuna rəhbərliyi, dövlət rəhbərinin  etibarı  ilə  formalaşan  struktur və iqtisadi təcrübəsinin birgə sintezi kimi qiymətləndirilir.  O, təşkilatçılıq  bacarığı, iqtisadi  sahədə  bilikləri  və  rayon sakinlərinin problemlərinə  həssas yanaşması ilə  rayonun  sosial-iqtisadi  inkişafında  mühüm rol oynayır. İcra  başçısının  şəffaflıq, vətəndaşlarla  keçirilən  mütəmadi qəbullar  və kənd təsərrüfatının  modernləşdirilməsinə yönələn fəaliyyəti bu gün Tovuzun gələcəyinə inamla baxmağa imkan verir.
İcra başçısı müntəzəm olaraq problemləri yerində görmək və həll etmək üçün müxtəlif   kəndlərdə səyyar vətəndaş qəbulları  keçirir. Bu qəbullar zamanı mülki sakinlər,  şəhid ailələri və qazilər birbaşa onunla görüşərək yaşayış, yol, kommunal, sosial  və  digər  problemlərini  çatdıra  bilirlər.  Belə  görüşlər  rayon sakinləri ilə  səmimi dialoqu təmin edir  və  şəffaf  idarəçilik  mexanizmi kimi qiymətləndirilir.
İcra başçısının  rəhbərliyi  altında  şəhid  ailələrinə, qazilərə, müharibə  veteranlarına diqqət  və  qayğı  onun  yerli  idarəçilik  modelinin  mərkəzində durur. Səmimi görüşlər və  konkret  yardımlar icra başçısının humanist yanaşmasını ortaya qoyur, şəhid ailələrinin ehtiyaclarına yönələn siyasətinin davamlı olduğunu göstərir.
Bir sözlə, Tovuz  Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov fəaliyyəti  dövründə  cənab Prezidentin  verdiyi tapşırıqlara  uyğun olaraq vətəndaş  amilini  həmişə ön planda saxlayaraq, şəhid ailələri, qazilər, müharibə veteranları və ümumilikdə vətəndaşlarla daim birbaşa ünsiyyətə üstünlük verən nümunəvi icra başçılarından biridir.
Qeyd etmək lazımdır ki, Tovuz Rayon İcra Hakimiyyətində görüşlərin  keçirilməsində, yəni  vətəndaşların  qəbulu  və  eləcə  də  onların problemlərinin yerindəcə həll edilməsində Məmməd Məmmədovun fəaliyyəti vətəndaş yönümlü idarəçilik  nümunəsidir.  O, mütəmadi olaraq əhali ilə açıq və şəffaf qəbullar keçirir, rayon sakinlərinin problemlərini dinləyərək, bu problemlərin  yerində həllinə çalışır.
Şəhid  ailələri, qazilər  və  müharibə  veteranları qeyd etdiyimiz kimi,  həmişə  xüsusi diqqət mərkəzində  saxlanılır. Onlara mənəvi və maddi dəstək göstərilir, ehtiyaclarına həssaslıqla  yanaşılır.  İcra  başçısı  şəhid ailələrinin övladlarının təhsil haqlarını ödəməklə yanaşı, onların gündəlik sosial problemlərinə də daim qayğı ilə yanaşır.
Tovuz  rayonunda  qazilər, şəhid  ailələri  və  müharibə  iştirakçıları  üçün məşğulluq imkanlarının yaradılması, sağlamlıq və sosial təminat məsələlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
         Məmməd  Məmmədovun  rəhbərliyi  ilə  Tovuz  rayonunda insanlara yaxın, ədalətli və humanist idarəçilik modeli formalaşmışdır. Bu, vətəndaş-məmur münasibətlərinin  möhkəmlənməsinə, sosial  həmrəyliyin artmasına səbəb olur.  
 Tovuz  rayonunda  dövlət–vətəndaş birliyinin güclənməsi rayonun  İcra başçısı Məmməd Məmmədovun səmərəli fəaliyyətinin  göstəricisidir.
         Mən əslən Tovuzluyam, rayona tez-tez gedirəm, rayon sakinləri onların problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edirlər. Bütün bunlar onu göstərir ki, xalqla hakimiyyətin birliyi dövlətimizi daha da gücləndirir və sarsılmaz edir.
                            QABİL BALAKİŞİ OĞLU MƏMMƏDOV,
                            Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, 
                             texnika elmləri doktoruшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025