Sosial (Bu gün, 09:37)
İsti havada dönər, burger yeyənlərin diqqətinə!

Mediatv.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə endokrinoloq, diyetoloq Daria Xaykina danışıb.
“Əcdadlarımız həmişə yayda yüngül, rahat qidalar yeyirdilər, əsas da mövsümi tərəvəzlərdən atlama, doğramac, təzə kartof, badımcan. Onlar təzə tərəvəzlərdən, göyərtilərdən, giləmeyvələrdən, süd məhsullarından, çovdar və ya arpa unundan hazırlanan sıyıq və xörəklər hazırlayardılar.
İsti havada yağlı yeməklər çox pis birləşmədir. Çünki yayda həzm sistemi fərqli işləyir: mədəyə qan axını azalır (qan bədəni sərinləmək üçün dəriyə "yönəldilir), bu da ağır qidaların yavaş həzm olunması deməkdir. Nəticədə ağırlıq, şişkinlik və yuxululuğa səbəb olur.
Duz və şəkər isə susuzluğu artırır. Fəst-fudda çoxlu duz, şəkər və digər dadlandırıcılar var. İstidə susuzluğa, təzyiqin qalxmasına və ödemə səbəb olur.
Digər tərəfdən yağlı qidaların həzm edilməsi özlüyündə daxili istiliyini artırır. İstiliklə birlikdə bu, ürək və qan damarlarına əlavə bir yükdür. Nəzərə alın ki, susuzluq iştaha ilə maskalanır. İstidə iştah azalır, lakin yüngül susuzluq hiss etsəniz, acırmış kimi düşünəcəksiz. Çox vaxt bu vəziyyətdə insan fəst-fuda əlini uzadır.
Buna görə də xüsusilə istidə, acanda bir stəkan su için”, - diyetoloq qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
19 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025
18 07 2025