Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (Bu gün, 14:15)
TƏBİBDƏN TƏHSİLƏ GEDƏN YOL!!!

 
Tehsilmedia.az redaksiyasına Vüsal Hüseynovun BDPTİM haqqında bir yazısı daxil oldu. Həmin yazını sizlərə təqdim edirik.

Keçən ayın sonlarında qarşıma belə bir təbrik mətnı çıxdı. Əməliyyat Sənayesi üzrə BDPTM-in direktor səlahiyyətlərini müvəqqəti icra edən Əlağa Kərimovun ad günü münasibətilə həmin mərkəzin təlim-tərbiyə işləri üzrə müavini Ramil Məmmədlinin təbrik mesajı. Doğrusu, mesajı ardıcıl 3-4 dəfə oxudum. Dedim, bəlkə gözüm məni aldadır. Yox, əsla aldatmırmış. Sadəcə, olduğum yerdə donub qaldım. Ona görə ki, insan kreslosu xətrinə nə qədər mövqesiz ola bilirmiş, hər şeyə əl ata bilirmiş.

Son zamanlar sosial şəbəkələrdə həmin mərkəzin direktor səlahiyyətlərini icra edən Əlağa Kərimov barədə məqalələr dərc olunur. Mən heç kimə haqlıdır və ya haqsızdır demirəm. Mənim sözüm Ramil Məmmədliyədir.

Hörmətli Ramil müəllim, sizin nə vaxt öz mövqeyiniz olacaq?

Siz elə həmin Ramil Məmmədlisiniz ki, Əlağa Kərimov mərkəzə ilk gələndə gecə mənə səs atıb: “Mənə kömək elə, yanımda ol, Əlağa Kərimovu uzaqlaşdıraq. Biz qohumuq.” – demisiniz. Bu səsləri siz özünüz mənə atmısınız, Ramil Məmmədli. Mən də sizə cavab vermişdim ki, mən mərdimazar deyiləm, bu insan mənə nə pislik edib ki, ona qarşı hərəkət edim?

Sonradan sizdən çoxsaylı səs yazıları aldım: “Mediaya şikayət et, bunu burada sıxışdırırlar, Əmək Müfəttişliyi Əlağa Kərimova cərimə yazdı, Agentlik töhmət verdi və s.” – kimi. Bunların hamısı məndə fakt kimi saxlanılır. Mən bu faktları Elağa Kərimova təqdim etmişəm. Narahat olmayın, hamısı ünvanına çatıb.

Bununla bitmir. Siz məni təhdid edərək dəfələrlə: “Gəl ərizəni yaz, işdən çıx” – deyə səs atmışdınız. Niyə? Əməliyyat Sənayesi sizin şəxsi idarənizdir?

Hətta mənə dəymiş ziyanın ödənilməsi üçün Agentliyin adından və şəxsən Ceyhun Kərimovun adı ilə səs atıb: “Ərizə yazıb işdən çıxmayınca sənə pul ödənilməyəcək.” – demisiniz. Eləcə də: “Sənin işinlə bağlı Əlağa müəllimə töhmət verilib.” – deyə bildirmisiniz.

Hamısı məndə səs yazıları ilə faktdır. İstəsəniz, sizə də göndərə bilərəm.

İndi nə dəyişdi? Bu qədərmi birdən-birə Əlağa Kərimovu çox istədiniz?
Axı siz o mərkəzə direktor vəzifəsinə ən iddialı olanlardan biri idiniz.

Əgər Peşə Agentliyi SƏHİYYƏDƏN, TƏBİB-dən kadr gətirib ölkənin ən böyük Peşə Mərkəzinə təlim-tərbiyə işləri üzrə müavin təyin edirsə, demək, burada “çox şəffaf” proseslər gedir. Nə deyim vallah, demək ki, qanuna uyğun belə olmalıdır.

Təəssüf ki, bu qədər böyük mərkəzin tələbələrinə səriştəsiz və mövqesiz biri rəhbərlik edir. Hamı rəhbər olmaq istəyir, amma layiq olan olmaq lazımdır.

Mən burada nə Əlağa Kərimovu müdafiə edirəm, nə də başqasını. Söhbət prinsipdən gedir.

Bir mərkəzin təlim-tərbiyə işləri üzrə müavini dövlətin qoyduğu qaydanı “formal” sayırsa, daha nə danışaq? Siz özünüz mənə səs atıb demisiniz: “İltizam komissiyası formal idi.”

İşçinin gələcəyi haqda qərar verilən iclasa Həmkarlar İttifaqı çağırılmır, təqsirləndirilən şəxs iştirak etmir, siz isə komissiya rəhbəri olaraq qərar qəbul edib sonra: “Formal idi.” – deyirsiniz.

Bu məsuliyyətsizlikdir.

Hörmətli Ramil Məmmədli, arada bir otaqdan çıxın. Təhsil otaqda oturmaqla idarə olunmur.

"Pomidor-yumurta" bişirib mərkəzin səhifəsində “uğurlarımız bol olsun” yazmaqla təhsil inkişaf etmir.
“Tədbirlər keçiririk”, “açıq qapı təşkil edirik” – bunlar sizdən əvvəl də olub, sizdən sonra da olacaq. Bu sizin şəxsi əməyiniz deyil.

Uzatmayacağam. Bilirəm, bu yazının altına “Ramilçilər” xoş olmayan şərhlər yazacaq. Yazsınlar.

Amma unutmasınlar ki, yazdıqlarımın hər biri faktdır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
10 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025