Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (1-05-2014, 12:09)
Təhsil Nazirliyi yenilikləri açıqladı

Bu gün Təhsil Nazirliyində 2014-2015-ci ildə tələbə qəbulu planında olan dəyişiklərlə bağlı mətbuat konfransı keçirilib. “Mediatv.az” xəbər verir ki, dəyişikliklərlə bağlı məlumat verən QHT-lərlə Və KİV-lə iş üzrə sektor müdiri Cəsarət Valehov bildirib ki, ali təhsil bakalavriat və magistratura səviyyələrində 2014-2015-ci ildə tədris ili ərzində tələbə qəbulu planında bir sıra dəyişikliklər nəzərdə tutulub: 

“Bu ilk növbədə təhsilin strategiyası üzrə qəbul olunmuş dövlət proqramı və ali təhsil müəssisələrinin maddi texniki bazası , tədris laboratoriya, elmi pedaqoji potensilana uyğun olaraq prioritet ixtisaslar nəzərə alınıb. Ötən tədris ilinin faktiki qəbuluna nisbətənAzərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz artıb. Qiyabi təhsil üzrə plan iki dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani qəbul planı artırılıb. Bu il təxminən 13 faiz əyani qəbul planı artırılıb. Özəl ali təhsil müəssisələrinə qiyabi qəbul üzrə təhsil forması dayandırılıb. Azərbaycan İctimai Siyasi Universitetinə, Müəllimlər İnstitunun 4 filialına bu ixtisalar üzrə qəbul planı verilməyib. Pedaqoji ixtisaslar üzrə qəbul planı yalnız Xəzər, Qafqaz və Bakı Qızlar Universitetinə verilib. Dövlət sifarişi ilə bakalavriat qəbul planı ölkənin sosial iqtisadi və ayrı-ayrı ixtisasların prioritetliyi nəzərə alınaraq tərtib olunub. Kənd təsərrüfatı ixtisasları qrupuna aid olan ixtisaslar qəbul yalnız dövlət sifarişiniə uyğun olaraq aparılacaq. Ali təhsil üzrə müəssisələrinə magistratura üzrə qiyabi təhsil forması olmayacaq. Bakalavr buraxılışı olmayan magistrataura səviyyəsinə yerlər ayrılmayıb. Orta ixtisas müəssisələrində son illərdə real tələbata əsaslanmadan da artırılmış qəbul yerlərinin say keçən tədris ilinə nisbətən azaldılaraq 11266 yerə qədər endirilib. Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nisbətən 4.1 faiz azalıb. İbtidai sinif və informatika müəllimliyi ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə müəllimlik ixtisası istiqaməti qəbul planı 38 faiz azaldılıb. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024