Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (Bu gün, 13:33)
Daha bir icra başçısı İŞDƏN ÇIXARILDI, Mehdiyev işində SÜRPRİZ ADLAR ortaya çıxdı

Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Sfera.az-ın əldə etdiyi məlumatına əsasən, Natiq Ağayev bu gün vəzifədən azad edilib.
Ramiz Mehdiyevin ətrafında araşdırmalar getdikcə yeni adları, yeni əlaqələri üzə çıxarır. Bu zəncirin əsas həlqələrindən biri də Azərbaycanın sabiq Milli Məclis sədri Oqtay Əsədov, digəri isə keçmiş deputat və iş adamı Əsabil Qasımovdur. Hər iki şəxs barəsində illərdir dövriyyədə olan məlumatlar bir istiqamətdə birləşir: Rusiya ilə dərin maliyyə və biznes əlaqələri. Və indi bu əlaqələrin sırf iqtisadi deyil, siyasi məqsəd daşıdığı ehtimalı üzərində dayanılır.
Azərbaycan siyasi səhnəsində uzun illər “sakit fiqur” kimi tanıdılan, lakin pərdəarxasında nəhəng iqtisadi təsirə malik şəxslərdən biri keçmiş Milli Məclis sədri, “Azərsu”nun sabiq rəhbəri Oqtay Əsədovdur. Onun adı heç vaxt açıq korrupsiya qalmaqallarında hallanmasa da, illərlə su sektorunu idarə edən məmurun ailəsinin gizli biznes şəbəkəsi barədə mətbuatda saysız iddialar səslənib. Oqtay Əsədovun “Azərsu” ASC-yə rəhbərlik etdiyi dövrdə qurumun tenderləri ailə biznesinə çevrilib. Mətbuat araşdırmalarına görə, bu illərdə dövlət sifarişlərinin böyük qismi Əsədovun ailəsinə yaxın şirkətlərə ötürülüb. Söhbət “Azərsu Servis”, “Qlobal Service Group”, “AzTech Construction” və “Qlobal Sutikinti” kimi müəssisələrdən gedir. Formal olaraq müxtəlif şəxslərin adına rəsmiləşdirilən bu şirkətlər, əslində, eyni ofislərdə, eyni əlaqə nömrələri ilə fəaliyyət göstərib. Tenderlərin çoxu isə su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi adı altında elan edilib. Amma bu layihələrin əhəmiyyətli hissəsi ya kağız üzərində qalıb, ya da şişirdilmiş qiymətlərlə həyata keçirilib. Araşdırmalar göstərir ki, Oqtay Əsədovun biznes əlaqələri təkcə Azərbaycanda məhdudlaşmayıb. Rusiyanın kommersiya reyestrlərində (СПАРК və ЕГРЮЛ) onun ailəsinə yaxın şəxslərin adları bir neçə müəssisənin təsisçi siyahısında görünür. Məsələn, “AzRusTrans” MMC adlı logistika şirkəti Moskva şəhərində qeydiyyatdan keçib. Digəri “RusAquaTrade” su təchizatı avadanlıqlarının satışı ilə məşğuldur. Bu şirkətlərdə Əsədovun oğlu Rəşad Əsədov və yaxın qohumlarının adları qeyd olunur. Bəzi mənbələr iddia edir ki, həmin müəssisələr vasitəsilə “Azərsu”nun avadanlıq tədarükləri və servis xidmətləri Rusiyadan alınıb, yəni dövlət vəsaiti dolayısı ilə ailə şirkətlərinə geri qayıdıb. Oqtay Əsədovun ailə çevrəsi SOCAR Rus layihələrinin ticarət şəbəkəsində də dolayı şəkildə iştirak edib. Burada söhbət əsasən yanacaq, su avadanlıqları və mühəndis təchizatı üzrə müqavilələrdən gedir. 2013-2018-ci illərdə Əsədov ailəsinə yaxın şirkətlər dövlət layihələrindən ümumilikdə 120 milyon manata qədər sifariş alıblar. Bakıda və Abşeron rayonunda bir neçə mənzil kompleksi, obyekt və torpaq sahələri də bu ailə zəncirinə bağlı hesab olunur. Oqtay Əsədov indi siyasi səhnədən çəkilmiş kimi görünür. Amma onun ailə şirkətləri, Rusiya ilə iqtisadi bağlar bu gün də yaşayır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər
шаблоны для dle 11.2

Xəbər lenti
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025