Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-03-2014, 16:18)
Azərbaycanda qadınların pensiya yaşı artdı - bəs Avropada kişi və qadınlar neçə yaşda təqaüdə çıxırlar - SİYAHI

Azərbaycanda qadınların pensiya yaşı artdı - bəs Avropada kişi və qadınlar neçə yaşda təqaüdə çıxırlar - SİYAHI

Müxtəlif səbəblərdən dünyada insanların ömrü getdikcə qızalır. İndi bir çox ölkələrdə kişi və qadınlar 65-70 yaşlarına çatanda hansısa səbəblərdən dünyasını dəyişirlər. İnsanların ömrünün qısalmasına rəğmən, bəzi ölkələr pensiyalara daha az vəsait xərclənməsi məqsədilə təqaüd yaşını artırmaq istiqamətində addımlar atırlar.
Qərbin bəzi iqtisadçıları hesab edir ki, pensiya yaşının uzadılması maliyyə böhranı ilə mübarizə üçün yaxşı respetdir. Onların fikrincə, pensiya yaşının artırılması ilə pensiyalara ayrılan vəsaiti azaltmaq mümkündür. Almaniyanın kansleri Angela Merkel də bir müddət öncə Avropa İttifaqı ölkələrində pensiya yaşının yuxarı qaldırılması təklifi ilə çıxış etmişdi. Onun fikrincə, bu, Avropa ölkələri üçün vacibdir. Kanslerin təklifinə görə, bütün Avropa ölkələrinin qadın və kişilərində yaş həddi 67 olmalıdır.

Elə Avropa İttifaqının üzvü olan bəzi digər ölkələr də pensiya yaşını 65-dən yuxarı qaldırmaq istəyirlər. İttifaqın üzvü olan ölkələrdə 2050-ci ilədək pensiya yaşı qadınlarda 64,4, kişilərdə isə 64,6 olacaq.

Qeyd edək ki, Azərbaycanda da pensiya yaşı bu ilin yanvarında artıb...

Modern.az saytı bəzi Avropa ölkələrində pensiya yaşının həddini təqdim edir:

Avstriya da kişilərin pensiya yaşının artırılması həddi 61,5-dən 65 yaşa qədərdir. Qadınlarda isə 56,5-dən 60-ə qədərdir. Amma 2029-cu ildən sonra yaş həddi artırılacaq və həm qadınlar, həm kişilər üçün yaş həddi 65 olacaq.

Bolqarıstan da kişilər pensiyaya 63 yaşında, qadınlar isə 60 yaşında pensiyaya çıxırlar.

Danimarkada qərara alıblar ki, 2024-2027-ci illərdə qədər pensiya yaşı həm kişilər, həm qadınlar üçün 65-dən 67-yə qaldırılsın.

Estoniyada kişilər 63, qadınlar isə 61 yaşında pensiyaya çıxırlar.

Finlandiyada kişilər və qadınlar 63 yaşında pensiyaya çıxırlar.

Fransada pensiya yaşı 60-dan 62-ə qaldırılıb, amma islahat tamamilə 2018-ci ildə həyata keçiriləcək.

Yunanıstanda hazırda pensiya yaşı həm qadınlar, həm kişilər üçün 60-dır, ancaq bu rəqəmi 65-ə qədər qaldrımaq istəyirlər.

Niderlandda kişilər kimi qadınlar da 65 yaşında pensiyaya çıxa bilər, amma hökumətin bu rəqəmi  2020-ci ildə 66, 2025-ci ildə isə 67 yaşına qaldırmaq niyyəti var.

Maltada qadınlar 60 yaşında, kişilər isə 61 yaşında pensiyaya çıxırlar. Amma 1962-ci ildən sonra doğulanlara yeni qanun tətbiq edilir, onlar 65 yaşında pensiyaya çıxacaqlar.

Almaniyada Bundestaq 2007-ci ildə pensiya yaşının 65-dən 67-ə qaldırılması haqqında qərar qəbul edib, amma hər hansı şəraitdə 63 yaşında da çıxmaq olar. Alman islahatı 2030-cu ilə kimi davam edəcək.

Portuqaliyada qadın və kişi pensiyaçılar üçün yaş həddi 65-dir.

Rumıniyada qadınlar 60, kişilər isə 63 yaşına qədər işləyirlər. 2014-cü ildə bu yaş həddi 65-ə qədər qaldırılacaq.

Slovakiyada kişilər 60, qadınlar isə 57 yaşında pensiyaya çıxırlar. 2014-cü ildən sonra burada pensiya yaşı 62-ə qaldırılacaq.

İsveçrədə qadın və kişilər 61 yaşında pensiyaya çıxırlar.

Böyük Britaniyada kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 60-dır. 2018-ci ildə pensiya yaşı hər iki cinsin nümayəndələri üçün 66 olacaq.

Yeri gəlmişkən, Avropa İttifaqının üzvü olmayan Azərbaycanda pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarımdır (59 il 6 ay). Qeyd edək ki, 2013-cü ildə Azərbaycan qadınları 59 yaşı tamam olduqda pensiyaya çıxa bilirdilər. Bu ildən isə qadınlar üçün təqaüd yaşı artıb. İndi pensiya almaq istəyən azərbaycanlı qadınlar daha 6 ay gözləməli olacaqlar. Amma bu da son deyil.
Azərbaycanda 2010-cu ilin 1 yanvarından “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər qüvvəyə minib. Həmin dəyişikliklərdən biri də odur ki, qadınların pensiyaya çıxma yaşı 2015-ci ilin 1 yanvarından 60 yaşa çatdırılacaq.
Beləliklə, 2015-ci ildən Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarınkı isə 60 olacaq.  Mediatv.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024