Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 11:04)
Bu şirkətlər büdcəyə böyük ziyan vurur - İdxal nəzarətindəki çatlar...

           
Bu şirkətlər büdcəyə böyük ziyan vurur -
Azərbaycan gömrük sistemində təkcə sadə sahibkarların deyil, ümumilikdə ölkə iqtisadiyyatının belini qıran köhnə problem hələ də öz aktuallığını qoruyur. Söhbət formal şəkildə mövcud olan, lakin əslində heç bir real iqtisadi fəaliyyət göstərməyən MMC-lərdən, daha dəqiq desək, qanunsuz fəaliyyət göstərən “təkadamlıq şirkətlərdən” gedir.

Bu şirkətlərin fəaliyyəti rəsmi qeydiyyatdan kənar deyil. Əksinə, hər biri kağız üzərində qanuni görünür. Ancaq onların iş prinsipi, ölkəyə gətirdikləri malların dövriyyəsi, satışı və bu dövriyyənin nəzarətsizliyi əslində ciddi bir sistem problemini ortaya qoyur.

Bu cür şirkətlərin yaradılma mexanizmi kifayət qədər sadədir. Adətən məmurlar və ya onlara yaxın şəxslər, sadəcə böyük maliyyə imkanına malik olanlar özlərinə yaxın tanışlarının və ya ümumiyyətlə tanımadıqları şəxslərin adına MMC qeydiyyatdan keçirirlər. Şirkət yalnız kağız üzərində mövcuddur: heç bir real ofis, anbar, işçis, sosial və vergi öhdəliyi olmadan fəaliyyət göstərirlər. Amma nə qədər qəribə görünsə də, bu “şirkət”lər vasitəsilə ölkəyə böyük həcmdə mal idxal olunur, gömrükdən asanlıqla keçir və daha sonra ölkə daxilində müxtəlif kanallarla satışa çıxarılır.

Maraqlısı budur ki, bu satışların əksəriyyəti rəsmi qeydiyyata düşmür. Malların bir çoxu pərakəndə bazarlarda, qeyri-rəsmi satış məntəqələrində realizə olunur. Burada nə barkod var, nə kassa aparatı, nə də hər hansı bir bank ödəniş sistemi. Sadəcə əlbəəl satılan məhsullar, izsiz alış-verişlər və vergi nəzarətindən tam yayınma.

Ötən il idxal və ixrac olunan məhsullar açıqlanıb

İllərdir, gömrükdən çıxan malın sonrakı taleyi ilə bağlı əsas suallar açıq qalır: mal hara getdi, kim aldı, necə satıldı, buna görə vergi ödənildimi?
Reallıq ondan ibarətdir ki, bu prosesin heç bir hissəsində dövlətə vergi ödənilmir. Bu isə həm dövlət büdcəsinə, həm də real sahibkarlıq mühitinə ciddi ziyan vurur.

Çünki qanuni fəaliyyət göstərən sahibkar, işçi saxlayan, vergi və sosial ödənişlər edən, gömrük rüsumlarını ödəyən şəxs bu sistemdə ayaqda qala bilmir. On minlərlə manatlıq anbar icarəsi, əməkhaqqı fondu, mühasibat xərcləri və digər əlavə yüklərlə fəaliyyət göstərən sahibkar, bütün bunlardan azad olan bir MMC ilə qiymət rəqabətinə necə girə bilər? Təbii ki, girə bilmir və nəticədə ya işçi sayını azaldır, ya da fəaliyyətini tamamilə dayandırır.

Bu gün sahibkarların narazılıqları konkret faktlarla müşayiət olunur.

Məlumatlara görə, son 6 ay ərzində ölkəyə böyükhəcmli mal gətirən onlarla real şirkət fəaliyyətini dayandırıb. Həmin şirkətlərdə çalışan yüzlərlə insan isə işsiz qalıb. Bu vəziyyət yalnız sahibkarlara deyil, eyni zamanda sosial sabitliyə də zərbə vurur. Çünki iqtisadi fəaliyyətin zəifləməsi işsizliyin artması, qeyri-rəsmi iqtisadiyyatın genişlənməsi və dövlətin vergi gəlirlərinin azalması ilə nəticələnir.

Ən əsas sual isə budur - bu sistemə kim nəzarət etməlidir? Cavab konkret və hüquqi çərçivədə bəllidir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi bu sahəyə nəzarət funksiyasını həyata keçirməlidir. İdarəyə Azər Məmmədov adlı şəxs rəhbərlik edir. Bu qurumun vəzifələri sırasında idxal olunan malların düzgün kodlaşdırılması, gömrük rüsumlarının və vergilərin düzgün ödənilməsi, qiymət manipulyasiyalarının araşdırılması, qeyri-qanuni maliyyə axınlarının izlənməsi, şübhəli əməliyyatların araşdırılıb aidiyyəti üzrə yönləndirilməsi yer alır. Yəni bu qurum, əslində, sözügedən problemə müdaxilə edə biləcək səlahiyyətlərə malikdir.

Mart ayında sahibkarlar nə qədər ziyan edirlər? - 50-70 min...

Amma... Əmma da məhz buradadır. Sahibkarların, iqtisadi ekspertlərin və bazarda real müşahidə aparan mütəxəssislərin fikrincə, bu idarə öz funksiyalarını ümumiyyətlə yerinə yetirmir. Gömrük sistemindəki bu qeyri-şəffaf dövriyyə illərdir davam edir və rəsmi səviyyəsində heç bir ciddi araşdırma, nəticə və ya məsuliyyətli şəxs açıqlanmayıb.

Görünür, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov eçün hələ də vəziyyətin belə qalması sərfedicidir. Sahibkarlar artıq açıq şəkildə bildirirlər ki, məsələyə daha yüksək səviyyədə, nazirlik və hökumət səviyyəsində nəzarət edilməlidir. Qanunsuz şirkətlərin arxasında duran şəxslərin, onları gömrükdən keçirməkdə yardım edən məmurların tapılıb məsuliyyətə cəlb olunması və bu sistemin kökündən dayandırılması vacibdir.

Əgər bu struktur davam edərsə, yaxın illərdə ölkədə real sahibkarlığın yox olması, ticarət dövriyyəsinin “qara bazar” üzərindən reallaşması və iqtisadi təhlükəsizliyin ciddi risk altına düşməsi labüddür.

İqtisadiyyatına töhfə vermək, qanuni fəaliyyət göstərmək, dövlətə vergi ödəmək istəyən sahibkarlar çıxış yolu axtarır. Onlar təkcə öz maraqlarını deyil, dövlətin iqtisadi sabitliyini qorumaq üçün bu sistemin dəyişməsini tələb edirlər. Çünki bu günkü vəziyyət təkcə sahibkarın uduzması deyil, dövlətin də uduzmasıdır.
bizimxeber.org
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025