Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (26-04-2015, 21:15)
Düşmənlə üzbəüz dayanan Füzuli cəbhə bölgəsində nikbinlik adasıdır

  

 

 

 

 

 

   Sürətlə gedən tərəqqi prosesləri müşahidəçini bu rayonu Avropanın modern inkişaf etmiş bölgələri ilə müqayisə etməyə sövq edir

  Azərbaycan  Respublikasının Prezidenti  cənab   İlham  Əliyevin  rəhbərliyi ilə  2014-cü ildə  və cari ilin birinci rübündə ölkəmizin   qarşısında  duran  bütün   vəzifələr  uğurla icra edilmiş,  Azərbaycan  öz  sürətli  inkşaf tempini  saxlaya   bilmiş, iqtisadi   və  sosial  proqramlar   yerinə   yetirilmiş, böyük   layihələr  icra   edilmişdir. Dünyada  və  bölgədə   müxtəlif  proseslər  baş vermiş, gərginlik,demək olar ki,  böyük   dərəcədə  artmışdır. Ancaq  Azərbaycan  xalqı  təhlükəsizlik   şəraitində  yaşamışdır.

                   Həm ikitərəfli,  həm çoxtərəfli  formatda  uğurlu  xarici  siyasət  aparan Azərbaycan həm  qonşu, həm  də  Avropa  və  Asiya   ölkələri  ilə  ən  yüksək   səviyyədə  ikitərəfli  əlaqələri  inkişaf etdirmiş,  dünyada  etibarlı  tərəfdaş kimi  tanınmış və  ölkəmizin  beynəlxalq  nüfuzu   getdikcə  artmışdır.

  Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  keçən  il də  heç  bir  irəliləyiş  olmamışdır.  Ermənistan  sadəcə  olaraq   danışıqlar  prosesində  imitasiya  taktikasını  seçmişdir  və  heç kimə  sirr  deyil ki,  bu  ölkə  sülh   istəmir. İşğalçı  dövlətə  təziq  göstərilməlidir  və  o,  məcbur   edilməlidir ki,  işğal  olunmuş  torpaqlardan  çıxsın. Dünyada  elə  qüvvələr var ki,  onlar maraqlıdırlar ki,  bu münaqişə  dondurulmuş   vəziyyətdə  qalsın  və  bundan  Azərbaycana  bir  təziq   vasitəsi  kimi  istifadə  etsinlər. Ermənistan  keçən  il bir neçə  dəfə  açıq  təxribatlara əl  atmış,  hər dəfə  də  Azərbaycan  Ordusu  düşmənə  layiqli  cavab  verərək  onu  yerinə  oturtmuşdur. Bizim   torpaqlarımızın  işğal  altında  qalması  sadəcə  Ermənistanın  işi deyil. Ermənistan  aciz  durumda  olan,  gücsüz,  dilənçi  bir  ölkədir. Əgər  onun  müxtəlif  paytaxtlarda   böyük  havadarları  olmasaydı, Dağlıq  Qarabağ  münaqişəsi   çoxdan  ədalətli  şəkildə  öz  həllini  tapa  bilərdi.

                 2015-ci  ildə  biz  ordu  potensialımızı  daha  da   gücləndirəcəyik.  Hərbi  xərclərə   ayrılan  vəsait   Ermənistanın  ümumi  büdcəsindən  2  dəfə  çoxdur. Ordumuzda  nizam-intizam,  döyüş  qabiliyyəti  artır,  vətənpərvərlik  ruhu  yüksək  səviyyədədir. Biz  daha  da  güclü  oluruq, Ermənistan  daha da zəifləyir.

Şəhər  və rayonlarda  abadlıq  və  quruculuq işlərinin  aparılması  nəticəsində  regionların, o cümlədən cəbhə bölgəsi sayılan, bir hissəsi işğal altında qalan Füzuli rayonunun da xarici  siması  tamam  dəyişmişdir. Ölkə Prezidenti  tərəfindən təsdiq edilmiş  Dövlət  Proqramlarının  icrası  nəticəsində  qaçqın və   məcburi  köçkünlərin də  həyat    şəraitinin  yaxşılaşdırılması  istiqamətində  ciddi   dəyişikliklərə  nail  olunmuşdur, ki bu da sözügedən qəbildən olan təcrübəli rəhbər Alı Alıyevin rəhbərlik etdiyi Füzuli rayonun sosial rifahında öz əksini tapmışdır.

Ötən il Horadiz şəhərində Bayraq Meydanı, Qəhrəmanlar Parkı, tikiş sexi, boulinq zalı, Xocalı Soyqırımı Qurbanlarının xatirəsinə abidə kompleksi, Heydər Əliyev Fondunun vəsaiti hesabına uşaq bağçası, Tarix Diyarşünaslıq Muzeyi, Rayon İcra Hakimiyyətinin inzibati binası tikilmiş, ölkə Prezidenti cənab İlham Əliyev 28 avqust 2014-cü ildə rayona səfəri zamanı həmin obyektlərin açılışında iştirak edərək görülən işləri yüksək qiymətləndirmişdir. Heydər Əliyev parkı genişləndirilmiş, Gənclər prospekti salınmışdır. Beş küçə müasir dizaynla yenidən inşa edilmiş, rayon ərazisində 80 mindən artıq müxtəlif ağac və gül kolları əkilmişdir. Hazırda Horadiz şəhəri ilə yanaşı rayonun kəndlərində də tikinti-quruculuq işləri aparılır, Əhmədbəyli kəndində 340 şagird yerlik gimnaziya, Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına uşaq bağçası, Əhmədbəyli kəndində 35 çarpayılıq uşaq bağçası inşa edilir, yaxın vaxtlarda rayon ərazisində yeni qəsəbənin tikintisinə start veriləcəkdir.

Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2014-cü il ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq  rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar – epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.

Gigiyena  Epidemiologiya Mərkəzi ilə birlikdə rayon səhiyyə obyektləri yolxucu xəstəliklərə qarşı mütəmadi olaraq proflaktik tədbirlər həyata keçirmiş, qrafikə uyğun olaraq vaxtlı – vaxtında peyvənd işləri aparılmış, əhali arasında tibbi müayinələr keçirilmiş , qeydiyyata götürülməli xəstələr qeydiyyata götürülmüş,  tibb müəssisələrində və qəsəbələrdə sanitar- gigienik və əks epidemik tədbirlər həyata keçirilmiş, bütün səhiyyə obyektlərində iməciliklər təşkil olunmuş, ağacəkmə kompaniyası davam etdirilmiş, sanitar təmiziliyi və abadlaşdırma işləri aparılmış, həyətyanı sahələrin tullantılardan təmizlənməsi, şumlanması və s. işlər görülmüşdür.   Görkəmli alim – oftalmoloq Zərifə xanım Əliyevanın 92 illik yubleyi münasibətilə bütün səhiyyə obyektlərində stendlər təşkil olunmuş ,tədbirlər keçrilmişdir.

Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir.Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir. Mütəmadi olaraq uşaq bağçaları və məktəblərdə tibbi müayinələr aparılmış (işçilər, şagirdlər və uşaqlar arasında), onlara tibbi yardım göstərilmiş, lazım olan dərman və sarğı materialları ilə təchiz olunmuşlar.

Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə ölkə Prezidentinin  Fərman və Sərəncamlarına uyğun Mədəniyyət və Turizm Nazirliyinin qərar və tapşırıqları, eləcə də, rayonun bütün tədbirləri imkan  daxilində həyata keçirilib. Belə tədbirlərdən 8 mart Beynəlxalq Qadınlar gününü, baharın gəlişi və Novruz bayramını, Respublika günü 28 may, 15 iyun Qurtuluş gününü 18 oktyabr Müstəqillik günü, 9 noyabr Bayraq gününü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliklərini göstərmək olar. Eləcə də, 22 iyul Milli mətbuatımızın yaranma günü, Məhəmməd Füzulinin 520, Üzeyir Hacıbəyovun adı ilə bağlı olduğu üçün 18 sentyabr Milli musiqi günü vəs. şöbənin təşkilatçılığı ilə qeyd edilib. Bütün tədbirlər şöbənin xüsusi VEB saytında yerləşdirilib və arayış formasında rayon İH-nin aidiyyatı şöbəsinə təqdim olunub.

Vətənpərvərlik və hərbi vətənpərvərlik işləri çərçivəsində orta məktəb şagirdləri ilə görüşlər təşkil olunmuş, Yuxarı sinif şagirdləri arasında  "Xəmsə" Milli  intellektual oyunu, Bayraq günü ilə əlaqədar təşkil olunmuş təbliğatyönümlü tədbir, Rayonun orta ümumtəhsil məktəblərində narkomaniya və narkobizneslə mübarizə məqsədi ilə  görüşlər, 12 Noyabr konstitutsiya günü münasibətilə dəyirmi masa və 31 dekabr Dünya Azərbaycanlılarının Həmirəylik günü və yeni il münasibəti ilə  bayram tədbiri keçirilmişdir.

Yetişməkdə olan  gənc   nəsilin  vətənpərvərlik,  dövlətçilik   ruhunda   tərbiyyə  olunması  Təhsil  Şöbəsi  və  ümümtəhsil  məktəblərinin  eləcədə   Gənclər və  Idman Idarəsinin   ümdə  vəzifələridir və bu istiqamətdə işlər   aparılır. Məktəblilər  arasında  Milli  qəhrəmanlarımız,  doğma torpaqlarımızla  bağlı  inşalar  yazılır, gənclər və  yeniyetmə  arasında idman  yarışları və  intellektual  müsabiqələr  keçirilir.Qaliblər  fəxri  fərmanlar  və  qiymətli  hədiyyələrlə  təltif olunurlar.

Müxtəlif  tədbirlərə   hərbi   hissənin  əsgərləri dəvət olunur və yaxud da gənclərimiz  gənclər və İdman  idarəsinin Mədəniyyət  Şöbəsi ilə birgə hərbi   hissələrdə  təşkil  etdikləri konsert  proqramlı  tədbirlərdə  iştirak edirlər.Tədbirlərdə  gənclərimizin əsgərlərlə  təmasda olması  gənclərimizin  vətənə  xidmətində    böyük  ruh  yüksəkliyi  yaradır.Rayon rəhbəri Alı müəllimin səngərlərə getməsi və birbaşa əsgərlərlə təmas qurması əsgərlərdə qələbə ruhunu dahada artırır.

Səyyari qəbullar zamanı irəli sürülmüş təkliflər Azərbaycan Respublikası Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinə vaxtı-vaxtında elektron poçt vəsitəsi ilə göndərilmişdir. Aparılan təhlildən məlum olur ki, ilbəil müraciət edənlərin sayı azalır, qaldırılmış təkliflərin həllində isə müsbət dəyşiliklər olmuşdur. Bu onunla bağlıdır ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına ölkə Prezidenti cənab İlham Əliyev daima diqqət və qayğı göstərir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulu hər həftənin müəyyən günü keçirilir. Keçirilən qəbullar yazılı və şifahi şəkildə qeydə alınmışdır.

                Rayonda həqiqi hərbi xidmətdən yayınan olmamışdır. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi iş planı əsasında fəaliyyət göstərmişdir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin illik hesabatları rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi qrafik əsasında yerlərdə keçrilmişdir.

İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə əhalinin sağlamlığına daima diqqət və qayğı göstərilir, yerləşdikləri ərazilərdə mərkəzi poleklinikalarla əlaqə saxlayaraq tibbi müayinələrin keçirilməsini təşkil edirlər. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin hesabat yığıncaqlarında qaldırılmış təkliflərin əksəriyyəti öz həllini tapmış, qalanları barədə aidiyyatı dövlət qurumları qarşısında məsələ qaldırılmışdır.

İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər Respublikanın mövcud Qanunları, Qanunvericilik aktlarını, Prezidentin Fərman, Sərancam və çıxışlarındakı müddəaları, Nazirlər Kabinetinin Qərarlarını, həmçinin, rayon İcra Hakimiyyəti başçısının qarşıya qoyduğu məsələləri həll etmək məqsədi ilə üzərinə düşən məsuliyyəti dərindən dərk edir, Azərbabcan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni əldə rəhbər tutaraq işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərində sənədləşmə və karküzarlıq işləri təlimata uyğun şəkildə aparılır. Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetlə orqanları ilə iş şöbəsi sənədləşmə işlərini inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə qanuna uyğun şəkildə aparılmasına daima nəzarət edir və lazımi təlimatlarla təmin edir.

Çox hörmətli cənab Alı Alıyevin rəhbərlik etdiyi Rayon İHB-sı aparatına  daxil  olan vətəndaş  müraciətlərində  azalma  müşaidə  olunur. Bu da,  ondan irəli  gəlir ki,  keçirilən  səyyari – qəbullarda vətəndaş müraciətinə çox diqqətlə yanaşılır, vətəndaşınların  problemi dinlənir  və lazımi tədbir görülür.  Bunun  nəticəsidir  ki, vətəndaşlar  yuxarı orqanlara  müraciət etmək  məcburiyyətində  qalmırlar.

 

Rayon rəhbərliyi tərəfindən 2015-ci ildə qarşıda duran vəzifələr də müəyyənləşdirilmişdir: Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılacaq, Birinci və On Birinci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidən qurulması, əhalinin sosial-iqtisadi rifahının gücləndirilməsi, suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir. Artıq icrasına başlanılan bu işlərin gedişinin müşahidəsi belə təxmin etməyə əsas verir ki, onlar uğurla başa çatdırılacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024