Dünya (Bu gün, 09:06)
İsrailin dəhliz planı: Misir iflasın eşiyində, Türkiyə isə...

Axar.az xəbər verir ki, bunu Türkiyənin beynəlxalq münasibətlər üzrə mütəxəssisi Dəniz Tansi İsrailin “Davud dəhlizi” və Hayfa limanı vasitəsilə yeni ticarət marşrutu yaratmaq cəhdlərinə münasibət bildirərkən deyib.
"Layihənin həyata keçməsi üçün Misirin Sinay yarımadasına nəzarətini zəiflətməsi lazımdır. Bu mövqedə ABŞ və BƏƏ-nin Misirə qarşı iqtisadi təzyiqləri mövcuddur. Misir Süveyş kanalı sayəsində ildə 8 milyard dollar gəlir əldə edir. “Davud dəhlizi” planı bu gəliri təhlükə altına alır. Yəməndəki husilərin Qırmızı dənizdəki gəmilərə hücumları səbəbilə bir çox şirkət Ümid burnundan istifadə etməyə başlayıb.
Süveyş gəlirləri azalarsa, Misir iflasın astanasına gələ bilər. Birləşmiş Ərəb Əmirlikləri Misirə 10 il ərzində 1,4 trilyon dollarlıq sərmayə vəd edib. Ancaq bu vəsaitin şərtli olduğu açıq-aşkardır, Misir hələlik müqavimət göstərir. Türkiyə Misirlə enerji razılaşmaları bağlayaraq, Süveyşə alternativ layihələrdə ortaq ola bilər. “Davud dəhlizi” təkcə ticarət yolu layihəsi deyil, bu, İsrailin regional hegemonluq planının bir hissəsidir. Misirin bu layihəyə qarşı çıxması Türkiyənin Şərqi Aralıq dənizindəki mövqeyini qoruya bilər", - Tansi qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi - VİDEO
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025