Sosial (Dünən, 22:46)
“Əcəmi”də kran metro keçidi üzərində “at oynadır”: İnsanlaırn həyatı təhlükədə – Fotofakt!

Mediatv.az-ın elektron poçtuna Arif Qaımov adlı şəxs tərəfdən şikayət məktubu daxil olub.Dxil olmuş şikayət məktubunu kiçik redakte ilə təqdim edirik:
Nəsimi rayonu “Memar Əcəmi” metrostansiyasının yaxınlığında, Cavadxan küçəsində yerləşən keçmiş “Şəki” kafesi ilə bağlı ajiotaj bitmək bilmir. Hadisə ilə bağlı 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi bildirmişdir ki, təbiətə 11700 manat məbləğində ziyan dəyib . Kafenin həyətindəki ağacların kəsilməsindən sonra ərazidə dəmir-beton konstruksiyadan ibarət geniş tikinti prosesinə start verilib. İşin ən qəribə tərəfi isə budur ki, həyata keçirilən tikinti prosesi üçün heç bir rəsmi icazə mövcud deyil. Bütün tikinti prosesi iki şəxsin - Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi “Şamaxılı Cavid” və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovun şifahi razılığı əsasında gerçəkləşir.
İş o yerə çatıb ki, günün günorta vaxtı qanunsuz tikinti işi aparanlar Bakı Metropoliteninin “Əcəmi” keçidi üzərində inşa edilən obyektdə kran işlədir, ondan ağır metal konstruksiyaların daşınmasında istifadə edir.
Maraqlıdır, qanun metro keçidi üzərində kran kimi ağır texnikanın fəaliyyətinə icazə verirmi? Keçidi müvəqqəti olaraq qapatmadan onun üzərində kran işlətmək insan həyatı ilə oynamaq deyilmi? Həqiqətənmi Metropoliten rəhbərliyi bunca özbaşınalığı görmür?
Halbuki, baş verənlər artıq yalnız ekologiyaya deyil, həm də insan həyatına təhlükədir. Şəki kafesinin yerində ağır dəmir-beton konstruksiyalı çoxmərtəbəli obyekt tikilir ki, bu da metronun Əcəmi keçidi üçün ciddi təhlükə mənbəyidir. Bir gün burada insan təlafatı olarsa, kimlər məsuliyyət daşıyacaq? Heç şübhəsiz ilk günahkar şəxs bu qanunsuz tikilini himayə edən Arxitektura və Şəhərsalma Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin yetkilisi “Şamaxılı Cavid”n adlı məmurdur. Digər məsul şəxs isə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovdur.
Suallar çoxdur və bu suallara gələn saylarımızda aydınlıq gətirəcəyik
Anonslar:
1.Keçmiş “Şəki” kafesinin yerində nə tikilir?
2.Tikintidə çalışan ustaları gecə boyu çalışmağa nə vadar edir?
3.”Cavadxan” küçəsindəki tikinti ilə bağlı yazılar hansı saytlardan necə yoxa çıxıb?
4.”Cənab Vəliyev” kimdir və onu “Şamaxalı Cavid”lə nə birləşdirir?






Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi - VİDEO
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025