Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (Bu gün, 11:57)
İsrail və Türkiyə qırıcıları qarşı-qarşıya gəlib – Türk “F-16”-lar İsrail təyyarələrinin qarşısını kəsib

İsrailin Suriyanın Dəməşq və Həma bölgələrinə hava zərbələri endirməsindən sonra Türkiyəyə məxsus “F-16” təyyarələri Suriya hava məkanına daxil olaraq İsrail təyyarələrinin qarşısını kəsib.
Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, İsrail döyüş təyyarələri mayın 2-nə keçən gecə Dəməşq və Həma ətrafında 8 hədəfə hava zərbələri endirib.Yerli mənbələrin məlumatına görə, İsrailin hədəf aldığı yerlər arasında Türkiyənin dəstəklədiyi Sultan Murad və Süleyman Şah briqadalarının bazaları da olub.
Məlumata görə, həmin vaxt Türkiyə döyüş təyyarələri İsrail təyyarələrinin fəaliyyət göstərdiyi bölgədə patrul uçuşları həyata keçirib. “F-16”-ların öz elektron döyüş sistemlərindən istifadə edərək İsrail təyyarələrinə xəbərdarlıq siqnalları göndərdiyi və təyyarələr arasında qısa müddət ərzində radio əlaqəsinin qurulduğu iddia edilib. Bildirilib ki, hər iki tərəf qarşıdurmadan yayınmağa çalışıb.
İddiaya görə, İsrail bölgəyə ikinci reaktiv donanmasını göndərib. Həmin gün ümumilikdə 14 döyüş təyyarəsi Suriyanın bölgədəki hava məkanında patrul həyata keçirib. Qeyd olunur ki, İsrailin baş qərargahı Tramp administrasiyasına növbəti dəfə belə hal yaşanacağı təqdirdə türk təyyarələrinin hədəfə alınacağı ilə bağlı xəbərdarlıq edib.
Ankara qeyd olunanlarla bağlı rəsmi açıqlama verməyib. /azpolitika.info

шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025