Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 12:26)
“Bona Dea” klinikası tibb təhsili olmayanlar çalışırmış… Cərimələnə bilər


 Bakının məşhur özəl klinikalarından olan “Bona Dea” klinikasının tibb təhsili və sertifikasiya şəhadətnaməsi olmayan şəxsləri çalışdırdığı məlum olub.
Tribuna.az xəbər verir ki, sözügedən klinikaya buna görə cərimə protokolu yazılıb. Belə ki, “Bona Dea” İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Klinika ilə bağlı iş baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Bu gün – 6 yanvar tarixində, saat 15:30-da hakim Nəriman Mehdiyevin sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, “Bona Dea” hospital 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Hospital iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir. Hospitalın baş icraçı direktoru Faiq Əliyev özü, hospitalın baş həkimi isə Musa Abbasovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026