Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-05-2024, 16:16)
"Yaşam" klinikasında yoxlama: - lisenziyadan kənar tibbi fəaliyyət aşkarlandı

"Yaşam" klinikasında yoxlama:
Səhiyyə Nazirliyinin Analitik Ekspertia Mərkəzi "Yaşam" klinikasında nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, özəl xəstəxanada aparılan yoxlamalar zamanı lisenziyadan kənar tibbi fəaliyyətin həyata keçirildiyi aşkarlanıb.

Buna görə də klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Protokol tərtib olunan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, klinika barəsində tərtib edilən protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə işi hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024