Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (4-03-2020, 14:01)
Maaşlar nə qədər artacaq? – Açıqlama

 "Minimum əmək haqlarının artırılmasına dair 2020–2025-ci illər üçün tədbirlər planında ümumi rəqəmlər var".

Mediatv.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov maaşların artırılması ilə əlaqədar "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı"nı şərh edərkən deyib.
Vahid Əhmədovun sözlərinə görə, proqram həmin rəqəmlərə uğun olaraq həyata keçirilsə, Azərbaycan əhalisinin dolanışıq vəziyyətində çox ciddi dəyişikliklər olacaq:
"Amma mən proqramda göstərilən rəqəmi hələ deyə bilmərəm. Hər halda əhali bunu 2024-cü ilə kimi görəcək. Son vaxtlar Birinci vitse prezident Mehriban xanım Əliyeva bu sahəyə daha çox diqqət ayırır. Əhalinin güzəranı ilə ciddi maraqlanır".
Vahid Əhmədov qeyd edib ki, tədbirlər planına əsasən insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması, əmək haqlarının artırılması istiqamətində çox böyük addımlar atılacaq:
"Belə bir proqramın qəbul edilməsi çox vacib idi. Çünki əhalini narahat edən məsələlər vardı. Belə hesab edirəm ki, proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi təkliflər əsasında qəbul olunacaq. Son vaxtlar nazirlikdə ciddi islahatlar həyata keçirilir. DOST Mərkəzi, "Asan" Xidmətin yaranması böyük layihələrdəndir. Bu onu göstərir ki, şəffaflığa bu sahədə daha çox diqqət göstərilir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün onların əmək haqları bu proqrama uyğun olaraq artırılacaq. Onsuz da hər il dövlət büdcəsi təsdiqlənəndə Prezident İlham Əliyev bu sahəyə daha çox diqqət ayırır".
Qeyd edək ki, Prezident İlham Əliyevin 13 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı"nın növbəti beş ildə məşğulluq sahəsində mühüm irəliləyişlərə imkan yaradacağı gözlənilir.
Tədbirlər Planına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarının tənzimlənməsi istiqamətində hüquqi aktlarda dəyişikliklər edilməsinə, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflər hazırlanacaq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024