Sosial (Bu gün, 13:05)
İlham Qaraqurbanlı satınalmadan 6 gün əvvəl yaranmış MMC ilə hansı əsaslarla müqavilə bağlayıb

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu dövlət satınalmalarında açıq-aşkar qanun pozuntularına yol verməkdə davam edir. Bunu İnstitut tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında apardığımız araşdırma da təsdiq edir.
Dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş məlumata görə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu təsərrüfat mallarının satın alınması üzrə 23.10.2025-ci ildə başladığı kotirovka sorğusuna yekun vurub. Müsabiqənin qalibi “OFİS PRO” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 14.138,25 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat portalda 04.12.2025-ci ildə dərc edilmişdir.
Qeyd edək ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun qalib seçdiyi MMC kotirovka sorğusu proseduru başlamazdan cəmi 6 gün əvvəl dövlət qeydiyyatına alınıb. Bu isə sözügedən MMC-nin müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olmamasını deməyə əsas verir.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OFİS PRO” (VÖEN: 8200468981) Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.10.2025-ci il tarixdə Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının CƏBRAYIL RAYONU, BÖYÜK MƏRCANLI, qanuni təmsilçisi kimi isə Həşimov Süleyman Mahir oğlu olduğu qeyd olunub.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “OFİS PRO” 17.10.2025-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Satınalmaların portalına yerləşdirilmiş məlumatlarda isə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun kotirovka sorğusu proseduruna 23.10.2025-ci ildə başladığı göstərilir. Göründüyü kimi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu satınalma prosuduru başlamazdan cəmi 6 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır.
Bəs qanun necə buna yol verirmi? “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçılara dair ümumi tələblər bunlardır:
“Lisenziyalar və İcazələr” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi; satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;
Maraqlıdır, görəsən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Satınalma Komissiyası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsi meyarlarını niyə göz ardı edib, cəmi 6 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır?
Qeyd edək ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda analoji qanun pozuntularına əvvəliki illərdə yol verilmişdir. Belə ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu meyvəçilikdə virussuz əkin materialının innovativ üsulla istehsalının satın alınması üzrə 15.09.2021-ci il də “BABİL CONSTRUCTİON AND PROCUREMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti il 1 199 540.8 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Apardığımız araşdırmalar zamanı MMC-nin reyestr məlumatlarında hüquqi ünvan kimi göstərdiyi BAKI ŞƏHƏRİ SABUNÇU RAYONU, PİRŞAĞI, S.CƏFƏROV (PİRŞAĞI QƏS.), ev 9A, m. 2, ünvanının da saxta olduğu üzə çıxıb. Qeyd olunan ünvan, S. Cəfərov küçəsi Pirşağı qəsəbəsində deyil, ikinci Sovxoz deyilən qəsəbədə yerləşir. Yəni, Pirşağı qəsəbəsinin inzibati ərazisində. Həmin küçədəki ev 9A, m. 2 isə bir kommunalkadır ki, 50 ildir orada yaşayanların dediyinə görə nə Baxışov İsgəndər Muxtar oğlu adlı adamı tanıyırlar, nə də ki, belə bir şirkət haqqında məlumatları var.
Bundan əlavə 04.10.2019-cu il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu da “Parlaq Ting A.T” MMC ilə 1 milyon 245 min manat dəyərində müqavilə imzalayıb.Müqavilə 15 hektar müasir bağ sahəsində telli tərbiyə, dolu və günəşdən qoruma, damla suvarma və erkən xəbərdarlıq sistemlərinin yaradılması üçün nəzərdə tutulub. Burada isə şübhəli məqam İnstitut tərəfindən LOt-1″Ağıllı Bağ” intelektual sisteminin yaradılması və LOt-2 Müasir bağçılıq texnikasının satın alınması məqsədi ilə keçirilmiş açıq tender proseduru üzrə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmişdir. Tenderin nəticələri haqqında tender komissiyasının 14 iyun 2019-cu il tarixli yekun protokoluna əsasən Lot-1″Ağıllı Bağ” intelektual sisteminin yaradılması üzrə “Azərting” MMC, Lot-2 müasir bağçılıq texnikasının satın alınması üzrə “AGRİ SPACE” MMC qalib elan edilmiş və həmin təşkilatlarla müqavilə bağlandığını bildirmişdir. Amma sözügedən xidmətlərin satınalmasına sözügedən Elmi-Tədqiqat İnstitutu tərəfindən nə qədər vəsaitin ayrıldığı barədə məlumatlar ictimaiyyətə açıqlanmamaış, gizlədilmişdir.
Qeyd edək ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlıdır. O, 2015-ci ildən sözügedən İnstitutun direktoru vəzifəsində işləyir.
Aktualinfo.net
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025


























