Səhiyyə Nazirliyi və Baş Prokurorluğun müdaxiləsindən sonra fəaliyyətini dayandırdığı bildirilən Gülbadə Abdullayevanın yenidən qanunsuz tibbi fəaliyyətə başladığı iddia olunur.“Azərbaycan Reallığı”nın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində adı olmayan və sosial şəbəkələrdə özünü “Dr. Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva paytaxtın H. Sarabski küçəsi ərazisində gizli şəkildə icarəyə götürdüyü məkanda estetik prosedurlar həyata keçirir.Məlumatda bildirilir ki, sözügedən şəxs liposaksiya, bədən şəkilləndirmə və digər estetik müdaxilələrlə məşğul olur. Onun qanunsuz fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə mütəmadi olaraq müxtəlif paylaşımlar yayılır. İddialara görə, Gülbadə Abdullayeva yeni sosial media hesabları yaradaraq müştəri cəlb edir və “Bilur Estetic” adı altında fəaliyyət göstərir.Xatırladaq ki, daha əvvəl estetik əməliyyat zamanı çəkildiyi deyilən görüntülərin yayılmasından sonra “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayeva ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparıldığı bildirilmişdi.İctimaiyyət ümid edir ki, müvafiq dövlət qurumları və hüquq-mühafizə orqanları tibbi fəaliyyət göstərmək üçün rəsmi səlahiyyəti olmayan şəxslərin vətəndaşları sosial şəbəkələr vasitəsilə aldadaraq estetik əməliyyatlar aparması ilə bağlı məsələyə hüquqi qiymət verəcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Sosial (Bu gün, 12:43)
Qanunsuz estetik əməliyyatlarla bağlı növbəti iddia: “Dr Gülü” yenidən fəaliyyətə başlayıb?

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025