Sosial (Bu gün, 09:38)
Rusiya Abbas Abbasovu Bakıya verəcəkmi? - AKTUAL
Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun “Ramiz Mehdiyev işi” üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.O, bir neçə aydır Türkiyədə məskunlaşıbmış. İstintaqa cəlb olunacağını bilərək təcili oranı tərk edib. Hazırda A. Abbasov Rusiyadadır. Çox güman Abbas müəllim Moskvaya Yeni İli qarşılamaq üçün getməyib. Bu dəfə o bayram həvəsində, milad hayında deyil.
Yoldaş Abbasov 1992-2006-cı illərdə hökumətdə təmsil olunub, Azərbaycan Baş nazirinin birinci müavini olub. Dövlət işindən uzaqlaşandan sonra ölkəni tərk edərək eynilə indiki kimi Moskvaya sığınmışdı.
2012-ci ildə orada Rusiya Azərbaycan Təşkilatları İttifaqını (RATİ) təsis edərək ona rəhbərlik edirdi. Bu təşkilat daha çox “Milyarderlər İttifaqı” adı ilə tanınırdı.
Çünki üzvlərinin əksəri imkanlı, zəngin, oliqarx şəxslərdən ibarət idi. Bu ittifaqın əslində Azərbaycanda 2013-cü ildə keçirilmiş prezident seçkiləri ərəfəsində iqtidara qarşı təzyiq vasitəsi kimi yaradıldığı heç kimə sirr deyildi. Çox keçmədən milyarderlərin xeyir-duası ilə Milli Şura təsis olundu.
Onun ilk sədri də RATİ üzvü Rüstəm İbrahimbəyov oldu. Sonra yerini Cəmil Həsənliyə verdi. Deməli bunların hələ o vaxtdan müxalif düşərgəsi ilə alış-verişi olub. Həmin dövrdə onları hansısa “gözəgörünməz” fiqurun idarə etdiyi hiss olunurdu. Bu fiqur indi ifşa olunmuş Ramiz Ənvəroviç olub.
Abbas Abbasov da onun ən sadiq əlaltIlarından olub. Əgər fəaliyyətində şübhəli məqamlar olmasa, bu adam Azərbaycandan didərgin düşməzdi. Əvvəllər arada Bakıya gəlsə də 2013-cü ildən didərgin düşüb. Çünki öz qələtini yaxşı bilirmiş.
Yəqin istintaqın gəldiyi nəticələr, dəqiqləşdirəcəyi məqamlar var. Ümid edək ki, rəsmi Moskva ikitərəfli sazişlərə, beynəlxalq hüquq normalarına heç olmasa bu dəfə hörmət qoyaraq axtarışda olan Abbas Abbasovu Bakıya təhvil verəcək.
Sima Babayeva - "DİA-AZ"
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
19 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025
18 12 2025


























