Karusel / Slayd (13-05-2024, 11:18)
İnstitutda keçirilən müəmmalı satınalmalar nələrdən xəbər verir
Məlum olduğu kimi bir neçə il əvvəl Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyindəki bir neçə institutda apardığı audit yoxlamaları aparmışdı. Auditdən sonra Palata tərəfindən verilən açıqlamada bəzi institutlarda yol verilən bir çox nöqsanların aşkar olunduğu bildrilirdi. Burada dövlət satınalmalarının keçirilməsi zamanı yol verilmiş nöqsanların satınalma prosesinin bütün mərhələlərini əhatə etdiyini, bir sıra prosedur pozuntuları ilə yanaşı vəsaitlərin satınalma keçirilmədən icra olunmasına yol verildiyi açıqlanırdı. Qeyd edək ki, bu kimi qanun pozuntuları Azərbaycan Milli Elmlər Akademiyasına tabeli bəzi institutlarında bu gün də davam etdirilir.
Əyalətmedia.az Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə institutlarında dövlət satınalmalarının təşkili, tender və kotirovka sorğularında şəffaflığın təmin olunması ətrafında araşdırmalar aparmışdır. Milli Elmlər Akademiyasının bəzi institutlarında baş verənlər barədə ötən yazılarıımızda birində geniş məlumatlar vermişdik. Bu yazıda isə Akademiyanın tabeçiliyində olmuş, Prezidenti İlham Əliyev 28 iyul 2022-ci il tarixli fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən keçirilən tender müsabiqələrində yol verilən bir sıra ciddi nöqsanları diqqətinizə çatdırmaq istərdik.
Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən təşkil olunan satınalmalarda qanun pozuntularına da çox elmi-tədqiqat işləri üzrə təcrübə və təcrübə-sınaq işlərinin aparılması və təmir işlərinin satın alınması üzrə keçirilən müsabiqələrdə yol verilir. Bunun üçün sözügedən İnstitut tərəfindən 2023-cü ildə keçirilmiş bəzi satınalamaların nəticələrinə baxmaq kifayət edər. Məsələn:
İnstitutun laboratoriya otaqlarının, arxiv binasının və dəhlizlərinin əsaslı təmiri satın alınması üzrə təşkil olunmuş açıq tender müsabiqəsi 19.01.2024-cü il tarixdə yekunlaşdırılıb və İnstitut "TƏLƏT" FİRMASI ilə 288.868,17 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını açıqlayıb.
Elmi-tədqiqat xidmətləri , təcrübə və müayinə işləri üzrə “Digər təbii neft turşularının , duzlarının və digər komplekslərinin alınması məqsədilə elmi-tədqiqat və təcrübə-sənaye sınağlarının keçirilməsi” satın alınması üzrə təşkil olunmuş açıq tender müsabiqəsi 18.12.2023-cü il tarixdə yekunlaşdırılıb və İnstitut "TƏLƏT" FİRMASI ilə 244.083 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını açıqlayıb.
Elmi-tədqiqat işləri üzrə təcrübə və təcrübə-sınaq işlərinin aparılması və sınaq partiyalarının alınması üzrə təşkil olunmuş açıq tender müsabiqəsi 06.11.2023-cü il tarixdə yekunlaşdırılıb və İnstitut "TƏLƏT" FİRMASI ilə 181.602 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını açıqlayıb.
Elmi-tədqiqat işləri üzrə tədqiqatların satınalınması üzrə təşkil olunmuş kotirovka sorğusu müsabiqəsi 14.02.2023 -cü il tarixdə yekunlaşdırılıb və İnstitut "TƏLƏT" FİRMASI ilə 39.999,99 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını açıqlayıb.
Avadanlıq üçün ehtiyyat hissələri və komplektləşdirilmə materialları üzrə təşkil olunmuş kotirovka sorğusu müsabiqəsi 30.12.2022-ci il tarixdə yekunlaşdırılıb və İnstitut "TƏLƏT" FİRMASI ilə 39.999,64 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını açıqlayıb.
Avadanlıq üçün ehtiyyat hissələri və təmir işləri satınalınması üzrə təşkil olunmuş kotirovka sorğusu müsabiqəsi 16.12.2022-ci il tarixdə yekunlaşdırılıb və İnstitut "TƏLƏT" FİRMASI ilə 37.999,68 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını açıqlayıb.
İnstitutun 4-cü korpusunda cari təmir işləri üzrə təşkil olunmuş açıq tender müsabiqəsi 25.11.2022-ci il tarixdə yekunlaşdırılıb və İnstitut "TƏLƏT" FİRMASI ilə 64.728,19 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını açıqlayıb.
İnstitutun korpuslarının, qazanxananın ,yeməkxana və akt zalının dam örtüklərinin, qazanxananın, laboratoriya binasının cari təmiri üzrə təşkil olunmuş açıq tender müsabiqəsi 15.08.2022 -ci il tarixdə yekunlaşdırılıb və İnstitut "TƏLƏT" FİRMASI ilə 74.164,42 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını açıqlayıb.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Neft-Kimya Prosesləri İnstitutu 2022-2023-cü illərdə yalnız "TƏLƏT" FİRMASI həm cari təmir işləri, həm elmi tədqiqt işləri, həm də avadanlıqların satınalması üzrə ümumi olaraq 971 442 manat məbləğində 8 satınalma müaviləsi bağlamışdır.
Bəs qanun necə bunlara yol verirmi? "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa görə Satınalma prosedurlarmda iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:
-satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafıq sahədə peşəkarhğının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarhğının olması;
Maraqlıdır, "TƏLƏT" FİRMASI Neft-Kimya Prosesləri İnstitutunun keçirdiyi yuxarıda qeyd etdiyimiz satınalmalarda hansı sahə üzrə ixtisaslaşıb? Müvafiq sahədə elmi tədqiqat işləri aparmaq üzrə, yoxsa təmir tikinti işləri görmək üzrə?
Qeyd edək ki, Neft-Kimya Prosesləri İnstitutunun bir şühəli satınlma tərəfdaşı da "HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP" MMC dir. İnstitut 2022-ci ildə bu MMC ilə institutun əsas binasında cari təmir işlərinin satın alınması üzrə 35 460 manat, 48.100 manat və 48.000 manat məbləğində üç satınalma müqaviləsi, elmi-tədqiqat işləri üzrə təcrübə və təcrübə-sınaq işlərinin satın alınması üzrə də 185.260 manat məbləğində bir satınalma müqaviləsi bağlamışdır ki, bu da ümumi olaraq 316 820 manat təşkil edir.
Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC ilk olaraq “PİRAMİDA-F.R.” kimi dövlət qeydiyyatına alınıb. MMC-nin adı 19.06. 2020-ci ildə dəyişdirilərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” olub. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub.
Göründüyü kimi Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu da adı şübhəli tenderlərdə hallanan şirkətlərlə içbirliyində olub. Elektron medida yayılmış başqa bir məlumatda İnstitutda dövlət sifarişlərini İNKOR MMC-yə verildiyini və bu şirkət vasitəsilə külli miqdarda vəsaitin mənimsənildiyi iddia edilir. Belə ki, İNKOR MMC-nin rəhbəri Vüqar Fərəcov İnstitutun direktoru akademik Vaqif Abbasovun kürəkənidir. Vaqif Abbasov bu vəzifəyə 2011-ci ildən təyin olunub. Dövlət satınalmalarının vahid internet portalında Neft-Kimya Prosesləri İnstitutunun kürəkəninə aid olduğu deyilən şirkətlə bağladığı müqavilələr barədə heç bir məlumat yoxdu.
Məqalədə göstərilənlərlə aydınlıq gətirilməsi məqsədi ilə İnstitutun direktoru Vaqif Abbasovun elektron poçtuna ünvanladığımız məktuba cavab verən olmadı. Buna baxmayaraq əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Əyalətmedia.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024