Sosial (Bu gün, 13:55)
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –FOTOLAR+VİDEO
Saleh Məmmədovun olub-bitməyənlərə seyriçi qalması, rəhbərlik etdiyi qurumun adının cəmiyyətdə ikrah doğuracaq faktlarla hallanmasına göz yumması da anlaşılan deyil…
Yenixeber.org: Son günlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) toy-büsatla gündəmdə qalmağı bacarır…. Əvvəlcə bu qurumun Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğluna “Elux Event Hall” məkanında dəbdəbəli toy etməsi mediada və sosial şəbəkələrdə mövzu oldu. Yayılan məlumatlara görə, bu toyda ölkənin aparıcı müğənniləri, Aygün Kazımova, Röya Ayxan və digər məşhur müğənnilər iştirakçı olub. Təkcə müğənnilərə 150 min manat pul xərcləndiyi bildirildi.
Çox keçmədi ki, AAYDA-nin Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin də, oğlu Sənana “Böyük Saray”da təmtəraqlı toy etməsi xəbəri yayıldı. Həm də daha möhtəşəm, daha böyük məbləğlərlə…Mediada yayılan məlumatlara görə, dəvətnamənin bir ədədi 50 manata hazırlanıb, bir toy masasının qiyməti isə 500 manat olub. Bildirilir ki, Həmzəyevlərin toyuna 600 nəfər dəvət olunubmuş. Toya dəvət olunan müğənnilərə, təxminən 200 min manatdan çox vəsait ödənilib. Ötəri hesablamalar toyun ümumi xərcinin yarım milyondan artıq olduğunu göstərir.Məmur oğlunun xeyir işində Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri iştirak ediblər.
***
Mraqlıdır ki, hər iki məmur bu məlumatları susqunluqla qarşıladı. Bu isə məşhur “susmaq razılıq əlamətidir” deyimini yada salır(?)
Olsun, biz gənclərə xoşbəxtlik arzusu ilə keçək daha vacib məlumatlara. Belə təmtəraqlı toylara xərclənən milyonlar haradandır? Yoxsa adıçəkilən toy sahibləri vəzifə sahibi yox, böyük biznes sahibidirlər?
Təəssüf ki, bu kimi suallar cavabsız qalmaqdadır. Hansı ki, normalda jurnalistlər soruşmadan belə, bu məmurlar səslənən iddialara aydınlıq gətirməli idilər. Sahibi olduqları postun məsuliyyəti bunu diqtə edir.
Bu arada AAYDA-nin rəhbəri olaraq, hörmətli Saleh Məmmədovun da olub-bitməyənlərə seyriçi qalması, rəhbərlik etdiyi qurumun adının cəmiyyətdə ikrah doğuracaq faktlarla hallanmasına göz yumması da anlaşılan deyil…
AAYDA-da Həmzəyevlər faktoru…
AAYDA-da yaşananlarla bağlı “Yenixeber.org”-a yeni məlumatlar daxil olmaqdadır. Məlumatlarda “7№-li Xüsusi Təyinatlı Yol istismarı” MMC-nin direktoru Məhəmməd Musayevin “özfəaliyyətindən” daha çox bəhs edilsə də, Həmzəyevlərlə də bağlı detallar yer alır...

Yeri gəlmişkən ötən bir neçə gün əvvəl "Yenixeber.org"da bu idarənin fəaliyyəti ilə bağlı geniş yazı dərc etmişdik.
(Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/arasdirma/192337-ba%C4%9Fbanl%C4%B1qdan-idar%C9%99-r%C9%99hb%C9%99rliyin%C9%99-aayda-da-%C3%B6z%C3%BCn%C3%BC-%C5%9Fah-elan-ed%C9%99n-m%C9%99h%C9%99mm%C9%99d-musayevin-%C3%B6zba%C5%9F%C4%B1nal%C4%B1qlar%C4%B1.html )
Hələlik Həmzəyevlərlə bağlı: Bildirək ki, Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev də bu sistemdə babat vəzifə sahibidir. O “Bakı 1 №-li Yol İstismari” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Bilənlər bilir ki, bu idarəyə rəhbərlik çoxlarının arzusu olsa da, hər kəsə qismət olan deyil. Bu haqda yazımızın sonunda...
HAŞİYƏ: Müseyib Həmzəyev vaxtilə Arif Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları İdrəsində baş vermiş bütün maliyyə pozuntularına birbaşa memarlıq etmiş, ayrılmış dövlət büdcəsinin “anasını ağlar” qoymuşdur”. Bununla bağlı media üzərindən apardığımız araşdırmalara görə, Cavid Qurbanovun rəhbərliyi dönəmində Azərbaycan Dəmir Yolları QSC-də nisbətən qayda qanunun yaranmasından sonra M.Həmzəyev xidmət rəisi Elşən Məmmədovla birlikdə “Azəravtoyol” ASC-yə transfer oldular. Doğrudur, qısa müddət ərzində Elşən Məmmədov yenə də güvəndiyi Nəqliyyat nazirinə arxalanaraq burada da özbaşınalıq etmək istərkən Müseyib Həmzəyev fürsətdən istifadə edərək birlikdə milyonlar qazandığı xidmət rəisi E.Məmmədovu “baqaja” qoyaraq onu rəhbərliyə asanlıqla satdı və özünü sadiq birisi kimi isbatlayaraq çoxdan arzusunda olduğu Maliyyə İdarəsi kürsüsündə oturdu. Yəni, sabiq maliyyə maxinatoru, indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyə İdarəsinin rəisi vəzifəsinə təyin olunub.(cumhuriyyet.az)

Müseyib Həmzəyev
Qayıdaq az öncə adını hallandırdığımız “Bakı 1 №-li Yol İstismari” MMC-nə...Bu AAYDA-nin sıradan bir idarəsi sayılmır. Digər MMC-lərdən fərqli olaraq sözün bəlli mənasında daha geniş imkanlara malikdir. Biz “Yenixeber.org” olaraq bir müddət əvvəl bu idarənin yaşatdığı problemlərlə ilə bağlı yazılar yazmışıq. Yazmazdan əvvəl isə məlum qanun və prinsiplərə uyğun olaraq 30.06.2025-ci il tarixdə aidiyyatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Saleh Məmmədova sorğu da ünvanlamışdıq. Həm də, video və fotofaktlarla birlikdə... Təəssüf ki, heç bir cavab olmadı(?)
Söhbət Bakı 1 №-li Yol İstismari” MMC-nə məxsus Bak-Sumqayıt yolunun sol tərəfində, Ceyranbatan qəsəbəsindən sonra “Asfalt zavod” deyilən yaşayış massivində sovetdənqalma Asfalt zavodun insan sağlığı üçün doğurduğu fəsadlarla kütləvi etirazlara səbəb olmasından gedir. Yerli sakinlər illərdir ki, bu problemlə yaşamağa məcbur qaldıqlarını və dəfələrlə də şikayətçi olduqlarını bildirirlər. Hətta vurduğu zərərə görə onu Ermənistanın Metsamor AES ilə müqayisə də edirlər...
(Yazının birini bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/189878-aayda-nin-z%C9%99h%C9%99ri-v%C9%99-z%C9%99r%C9%99ri-b%C3%BCdc%C9%99-talan%C4%B1ndan-ekoloji-f%C9%99lak%C9%99t%C9%99.html )

Sonradan əldə etdiyimiz məlumata görə, “Bakı 1 №-li Yol İstismari” MMC-nin rəhbəri Zaur Həmzəyevi belə toxunulmaz edən səbəb, daha doğrusu səbəbkar əmisi Müseyib Həmzəyev faktorudur. Nəzərə alsaq ki, Müseyib Həmzəyev Saleh Məmmədovun “sağ əli” kimi tanınır, onda qaranlıqlar aydınlığa çıxmış olur...
***
“7№-li Xüsusi Təyinatlı Yol istismarı” MMC-də yaşananlar və direktor Məhəmməd Musayevin iş prinsipləri ilə də bağlı geniş yazımız olacaq...


Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025


























