Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-01-2024, 10:52)
Rektor Rza Zərrabın bacısının ərinin şirkətindən maşın alır

Rektor Fuad Hacıyev Rza Zərrabın bacısının ərinin şirkətindən maşın alır
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına yeni avtomobil alınır.

32gun.az xəbər verir ki, ADBTİ-nin “Nəqliyyat vasitəsi”-nin satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

Müsabiqənin qalibi "Auto Azerbaijan" MMC olub. Tərəflər arasında 76.499 AZN-lik müqavilə bağlanması gözlənilir.

Bildirək ki, nizamnamə kapitalı 15352742 dollar olan, “Hyundai Azərbaycan” brendinin sahibi “Auto Azərbaycan” MMC-nin İdarə heyətinin sədri Emil İsmayılovdur.

Qeyd edək ki, “NAB Holding”ə daxil olan “Auto Azərbaycan” MMC Hyundai avtomobillərinin Azərbaycanda rəsmi distribyutorudur.

Yerli mediada gedən məlumatlara görə, "NAB Holdinq" şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. "Bank of Baku", "Baku Electronics", "Qafqaz Lizinq", "Auto Azərbaycan" kimi şirkətlərin əsas sahibi "NAB Holdinq" şirkətidir. "NAB Holdinq" şirkətinin fəaliyyəti Azərbaycan mətbuatında tez-tez gündəmə gətirilir. Bu şirkətin fəaliyyətində şübhəli məqamların olduğundan bəhs olunur. Eromi ailəsinin - Nadir, Şahram, Behram (Rza Zərrabın bacısının əri), Amid (Rza Zərrabın bacısının oğlu), o cümlədən də əmlakı müsadirə olunan Omid Erominin (Behram Erominin qardaşı oğlu) adı yuxarıda adları qeyd olunan şirkətlərin rəsmi sənədlərində də yer almaqdadır. "NAB Holdinq" şirkəti Türkiyədə rəsmi qeydiyyatdadır və baş ofisi İstanbulu Sarıyer məhəlləsindəki Heydər Əliyev küçəsində yerləşir.

Onu da xatırladaq ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevdir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024