Sosial (Bu gün, 11:04)
"Pilot İnşaat-A" MTK vətəndaşın evini yerlə - yeksan edib- VİDEO
Bakının Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan "Pilot İnşaat-A" MTK vətəndaşa xəbərdarlıq etmədən onun evini əşyaları ilə birgə yerlə -yeksan edib.Mediatv.az-ın xəbərinə görə, bu iddia ilə “Xəzər TV"yə müraciət edən vətəndaş deyir ki, 2017-ci ildən bu yana evsizdir və MTK ona kompensasiya ödəmir.
Şikayətçi bildirir ki, Camal Rzayev 2017-ci ildə "Pilot İnşaat - A" adlı MTK tərəfindən Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, ev 7 ünvanındakı fərdi yaşayış evi heç bir məhkəmə qərarı olmadan sökülüb. Onun fərdi evi 240 kvadratmetr olduğu halda "Pilot İnşaat - A" MTK vətəndaşa 150 kvadratmetr mənzil təklif edib.
Bundan sonra vətəndaş məhkəməyə müraciət edib.
Camal Rzayev iddia edir ki, məhkəmə qərarına əsasən "Pilot İnşaat - A" MTK vətəndaşa 181 min manat da ödəməlidir. Vətəndaşın iddialarına aydınlıq gətirilməsi üçün "Pilot İnşaat - A" MTK-nın rəhbəri kimi təqdim edən Valeh Ağayev sualların cavabının şirkətin hüquqşünası Etibar Paşayev tərəfindən cavablandırılacağını desə də, o, telefon zənglərinə cavab vermədi. Görünən odur ki, tərəflər yenidən məhkəmə müstəvisində görüşməli olacaqlar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
28 10 2025



























