Sosial (31-03-2022, 12:04)
Vətəndaş evinin xəbərdarlıq olunmadan söküldüyünü iddia edir: İcra nə deyir? - FOTO
Bakı şəhəri Sabunçu rayon sakini evinin xəbərdarlıq olunmadan söküldüyünü iddia edir.Bu barədə Oxu.Az-a vətəndaş Ələkbərov Əlican Dövrüş oğlu şikayət edib.
Onun sözlərinə görə, rayonun Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 24 ünvanında yerləşən evini ona heç bir xəbərdarlıq edilmədən evini uçurublar:
“Mən işdə olan zaman tanımadığım adamlar evimi söküblər. Əşyalarım dağıntılar altında qalıb. Polisə müraciət etsəm də, heç bir köməklik edilmir”.
Qeyd edək ki, vətəndaş saytımıza növbəti açıqlamasından bildirib ki, o, evdə olan zaman ev sökülüb.
Sözügedən evin dövlət reyestrindən çıxarışı yoxdur.
Məsələ barədə Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi 24 ünvanında yerləşən binanın Fövqəladə Hallar Nazirliyinin aktı əsasında qəzalı vəziyyətdə olduğu üçün sökülərək yerində yeni bina inşa edilməsi nəzərdə tutulub:
“Yeni binanın inşası MTK-lardan birinə həvalə edilib. Qeyd olunan ünvanda yaşayan 52 sakindən 49-u ilə razılığa gəlinib, onların əksəriyyəti mənzil sahələrinə uyğun hər kvadratmetr üçün 1800 manat kompensasiya alıblar.
10-12 nəfər isə yeni inşa ediləcək binada öz yaşadıqları mənzil sahəsindən 45-50% (30-32 kvadratmetr) artıq olan mənzillə təmin olunmaları üçün müraciət ediblər. S.Mehmandarov küçəsi 24, mənzil 10-da yaşayan və qeydiyyatda olan Ələkbərov Əlican Dövrüş oğlu isə qeyd edilən şərtlərlə razılığa gəlmir və qanunsuz inşa etdiyi qaraj və təsərrüfat tikintisinin əvəzinə ona əlavə mənzil verilməsini tələb edir.
Qeyd olunan tikilinin hər hansı bir hüquqmüəyyənedici sənədi olmamasına baxmayaraq, MTK vətəndaşa ümumi sahəsi 56 kvadratmetr olan iki qaraj təklif edir.
Bakı Şəhər İcra Hakimiyyəti və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Ə.Ələkbərova dəfələrlə yazılı və şifahi formada xəbərdarlıq edilsə də, o, buna məhəl qoymayıb. Sabunçu RİH-in göstərişi ilə rayon MKTİ tərəfindən həmin özbaşına tikili 29.03.2022-ci il tarixində sökülüb və ərazi təmizlənib.
Əlavə olaraq qeyd edək ki, vətəndaş Ə.Ələkbərova “Əfəndilər” MTK tərəfindən yaşadığı üçotaqlı ümumi sahəsi 63 kvadratmetr olan mənzil sahəsinə görə, əlavə 45-50% (30-32 kvadratmetr) artıq - 90-92 kvadratmetr olan mənzil və ümumi sahəsi 56 kvadratmetr olan iki qaraj veriləcək”.
“Onu da nəzərinizə çatdırırıq ki, yeni inşa ediləcək bina təhvil verilənədək vətəndaşa aylıq 400 manat kirayə haqqı ödəniləcək”, - deyə qeyd edilib.



Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025






















