Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 19:36)
Borcu olan “Azsur Group” MMC tenderin qalibi oldu -DSMF-nin 2 mərtəbəli binasını təmir edəcək


Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
 Tender müsabiqəsinin qalibi olan “Azsur Group” MMC (VÖEN – 1503949491) nazirliyin sifarişi əsasında Şərur şəhəri, Heydər Əliyev prospekti 44B ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmir işlərini həyata keçirəcək.
İki mərtəbəli binanın əsaslı təmiri üçün nazirlik qalib şirkətə 393 min 616 manat 20 qəpik ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Azsur Group” MMC-nin qanuni təmsilçisi İmanlı Rəşid Yasəf oğludur.
Əlavə edək ki, tenderin qalibi olan “Azsur Group” MMC-nin hazırda (22.05.2025-ci il) dövlət büdcəsinə 2 min 266 manat 87 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1.-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
“Azsur Group” MMC mart ayının 13-də tender müsabiqəsinin qalibi elan olunub. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman vergi borc son 2 ayda yaranıb.(yeniavaz.com)



шаблоны для dle 11.2

Xəbər lenti
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025