Sosial (Bu gün, 16:07)
TƏBİB deputatın oğluna ödənişlərin həcmini 800 min manat azaltdı - TƏFƏRRÜAT

KONKRET.az xəbər verir ki, müqavilə deputatın oğluna məxsus ofis və anbar kompleksinin icarəsi ilə bağlıdır.
Sözügedən ofis və anbar kompeksi paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsinin Abşeron küçəsi, 142 D ünvanında yerləşir.
TƏBİB son bir neçə ildir ki, dərman preparatlarının saxlanması üçün həmin anbarı icarəyə götürüb və hər il ənənəvi olaraq müqavilənin müddəti uzadılıb.
Bu günlərdə TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi həmin ofis və anbar kompleksinin icarəyə götürülməsi xidməti ilə bağlı O.Cavanşirlə 392 000 manat dəyərində müqavilə bağlayıb.
Baxmayaraq ki, 2021, 2023, 2024-cü illərdə ümumi sahəsi 12,552.30 m2 olan həmin ofis və anbar kompleksinin icarə haqqı ilə bağlı O.Cavanşirlə bağlanılmış müqavilənin dəyəri həmişə 1 milyon 176 min manat olub.
Beləliklə, əvvəlki illərlə müqayisədə TƏBİB-in ofis və anbar kompleksinin icarəsi ilə bağlı Orxan Cavanşirlə bağladığı müqavilənin maliyyə dəyəri 784 000 manat və ya 66,7 faiz azalıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
14 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025