Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən elan olunmuş iki tender ləğv edilib.
"DİA-AZ" xəbər verir ki, ləğv edilmiş tenderlər “Döşəməyuyan və sənaye tipli tozsoran təmizlik avadanlıqlarının satın alınması” və “Antidekubital (yataq yarası əleyhinə) tibbi döşəklərin satın alınması” ilə bağlı olub.
İkinci tender, “Antidekubital (yataq yarası əleyhinə) tibbi döşəklərin satın alınması” müsabiqəsi isə 10 sentyabr 2025-ci il saat 16:56-da elan edilmişdi. Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılışı 2 oktyabr 2025-ci il saat 15:00-a təyin olunmuşdu. Ehtimal olunan qiymət 36 462,00 manat idi. Tenderin ləğv səbəbi eyni olub.
Beləliklə, hər iki satınalma proseduru iştirakçıların sayının az olması səbəbilə nəticəsiz qalıb.