Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:50)
"İctimai TV"nin tenderləri niyə baş tutmadı? - Satınalmalar yarımçıq qaldı

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən elan olunmuş tenderləri ləğv edilib.

"DİA-AZ" xəbər verir ki, sözügedən tenderlər “Təsərrüfat və elektrik avadanlıqları mallarının satın alınması” və “Dəftərxana mallarının satın alınması” ilə bağlı olub.

“Təsərrüfat və elektrik avadanlıqları mallarının satın alınması” üzrə tender müsabiqəsi 4 sentyabr 2025-ci il saat 14:53-də dərc edilmişdi. Təkliflərin qəbulu və zərflərin açılışı 25 sentyabr 2025-ci il saat 17:00-da keçirilməli idi. Ehtimal olunan qiymət 24 490,75 manat təşkil edirdi. Lakin müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən olunmuş həddən az olduğu üçün tenderin tamamlanması mümkün olmayıb.

Eyni səbəbdən şirkətin “Dəftərxana mallarının satın alınması” tenderi də ləğv olunub. Bu tender müsabiqəsi isə 4 sentyabr 2025-ci il saat 14:55-də dərc olunmuş, təkliflərin təqdim olunması və zərflərin açılışı 25 sentyabr 2025-ci il saat 17:00-da nəzərdə tutulmuşdu. Ehtimal olunan qiymət isə 15 358,20 manat idi.

Beləliklə, hər iki tender iştirakçıların sayının üçdən az olması səbəbilə ləğv edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
1 10 2025
1 10 2025
1 10 2025
1 10 2025