Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (6-10-2025, 12:29)
Fuad Nəcəflinin Şərurdakı BİZNESİ: Qiymətləri qaldırdı... - Vasif Talıbova şükür oxutdurur...

 

Şərur şəhərindəki „Yaşıl bazar“ ticarət kompleksində hər kvadrat metr piştaxta üçün sahibkarlardan alınan aylıq yerpulu 150 manata qaldırılıb. Əvvəllər isə bu qiymət cəmi 50 manat olub. Bundan əlavə, bazarda mal satmaq istəyən yük maşınlarından alınan gündəlik 30 manat da 100-ə qaldırılıb.
Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup sahibkar məlumat verib. Onlar deyirlər ki, yerpullarının qaldırılması bazarda satılan malların bahalaşmasına səbəb olub.
Sahibkarlar bildirirlər ki, bu bazar səlahiyyətli nümyandə Fuad Nəcəflinin biznesinə daxildir.
İki kvadrat metrlik piştaxtada soğan və kartof satan N. Mahmudov deyir ki, qazanmaq bir tərəfə, bəzi günlər yerpulunu güclə çıxara bilir:
“Əvvəllər metrəsinə gün üçün 2 manat ödəyirdik. İndi 5-6 manat alırlar. Alış-veriş isə günün birinci yarısı baş verir. İş zəifdir. Çox zaman yerpulunu ancaq çıxardırıq. Gündə 10 manat yerpulu vermək məcburiyyətindəyəm. İş olmadığı üçün məcbur qalıb gəlirik ki, çörəkpulu qazanaq. Ona da imkan verilmir.
Əvvəllər yaxşı idi. Yeni hakimiyyət gəldi, köhnə bazar yandırıldı, təzəsini tikidilər. İndi də insanlara çörəkpulu qazanmağa imkan vermirlər. Narazılıq edəndə də deyirlər ki, Fuad müəllimin tapşırığı belədir, xoşun gəlmir, mal gətirib satma.”
Azərbaycanın başqa bölgələrindən yük maşınında mal gətirib Şərur bazarında topdan satan Nurlan Əliyev də yerpullarının çoxluğundan şikayətlənir:
“Əvvəllər alış-verişə görə pul ödəyirdik. Bəzən 30, bəzən 50 manat alırdılar. İndi bazar ərazisinə girdinsə, istəyir mal sat, istəyir satma 100 manat verməlisən. Satışımız isə əsasən səhər-səhər bir neçə saat olur. Demək olar ki, bir neçə saata 100 manat pul ödəyirik. Adi qazellərin bazar ərazisində mal satmasına belə imkan vermir, 50 manat alırlar. Bu isə satdığımız malların qiymətinin artmasına səbəb olur.”
Sahibkarlar bildirirlər ki, bazara nəzarəti Fuad Nəcəflinin qohumlarından biri həyata keçirir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
8 10 2025
7 10 2025
7 10 2025