Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (9-09-2024, 11:52)
Xanların XANLIQ EŞQİ: Hər sahibkar 150 min verməlidir..

 


Naxçıvanda bağlanan qum karxalarının yenidən işə düşməsi üçün hər bir sahibkardan 150 min manat rüşvət istənilir. Bundan əlvə, onlara qoyulan aylıq „tas“ da iki min manata qaldırılıb. Bu haqda “Gündəlik Naxçıvan”a sahibkarların özləri məlumat veriblər. Onlar bildirirlər ki, yerli Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət öncə karxaların bağlanması ilə bağlı qərar verib. Daha sonra nariz Xanlar Mustafayev sahibkarları qəbul edərək, karxanaların yenidən işə düşməsi üçün onların hər birindən 150 min manat tələb edib.
Şərur rayonundan olan sahibkar S. Tahirov deyir ki, yeni şərtlər sərf etmədiyindən nazirlə razılaşmayıblar:
“Naxçıvanda tam özbaşınalıqdır. Vəziyyət o həddə çatıb ki, nazir özü şəxsən rüşvət tələb edir. Deyir ki, tapşırıq yerli baş nariz Ceyhun Cəlilovdan gəlib. Ondan da soruşublar, deyib ki, Fuad Nəcəflinin göstərişidir. İndi biz hara şikayət edək? Ali Məclisə kimi gedib çıxmışıq, ağzımızdan vurub, geri qaytarıblar. Demək, həqiqətən də tapşırıq başdan gəlib. Necə edəcəyimizi bilmirik. 150 min rüşvət istəyirlər, 2-3 min də aylıq tas. Demək istəyirlər ki, bütün qazancınızı gətirib, bizə verin. Məcburam özümə başqa iş tamam. Ancaq, bir tərəfdən də buraxıb getmək istəmirəm. Karxanını təkcə avadanlıqlarına kreditə də girib, bir milyon manatdan artıq pul vermişəm. Demirəm istəməsinlər. Lakin, insaflı alsınlar ki, biz də qazanıb, borclarımızı ödəyə bilək”.
Adını çəkilməsini istəməyən digər sahibkar isə, məcbur qalıb, istənilən rüşvəti ödədiyini bildirir:
“Verdiyim pulu çıxarmaq üçün saxtakarlıq etməyə, yəni alıcıları altadmağa məcburam, bunu açıq deyirəm. Məsələn, indi iki kub qumu üç adıyla satıram. Əlavə olaraq, qumun içinə gil qatırıq. Başqa cür alınmır. Bizi bu saxtakarlığa məcbur edən nazirin özüdür”.
Yerli sakinlər isə qum qıtlığının yaranmasından şikayət edirlər. Şərur rayon sakini Əkbər Hüseynov deyir ki, bu səbəbdən evinin tikintisini dayandırmalı olub:
“Karxanalar gedirik, deyirlər ki, işləməyə icazə vermirlər. İşləyənlər də gilli qum satırlar. Bir maşın aldım, usta dedi ki, bu qumla tiksən, ev bir müddət sonra uçacaq. Karxanadan deyirlər 150 min rüşvət vermişik, gil qatmağa məcburuq. Belə çıxır ki, yuxarıların sahibkarlardan aldıqları rüşvət bilim belimizdən çıxacaq. Tikintini dayandırıb gözləyirəm ki, nazirlə sahibkarlar nə vaxt dil tapacaqlar”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024