Sosial (Bu gün, 12:01)
Leysan şəhəri yudu -9 nəfər öldü
Ukraynaının Odessa vilayətində yağan leysan yağışları ciddi fəsadlara səbəb olub. Xilasedicilər 24 saata yaxındır ki, leysan yağışları nəticəsində yaranan daşqının fəsadlarını aradan qaldırır.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, daşqınlar biri uşaq olmaqla 9 nəfərin həyatına son qoyub.
Qeyd olunur ki, xilasedicilər gecə boyu su basmış ərazilərdən insanların təxliyəsinə, nəqliyyat vasitələrinin çıxarılmasına və binalardan suyun çəkilməsinə kömək ediblər.
Yerli vaxtla səhər saat 7:00 radələrində ötən gün itkin düşən qız tapılıb.
Ümumilikdə 362 nəfər xilas edilib, 227 nəqliyyat vasitəsi yedəyə alınıb.
Hadisə yerinə 255 xilasedici və 68 texnika cəlb edib.
Çərşənbə axşamı, sentyabrın 30-da Ukraynanın bir sıra bölgələri şiddətli yağış və külək də daxil olmaqla, kəskin payız havasına məruz qalıb.
Kəskin hava şəraiti nəticəsində Odessaya cəmi 7 saat ərzində təxminən iki aylıq yağıntı düşüb. Drenajlar və kanalizasiya sistemləri fiziki olaraq belə bir su axınının öhdəsindən gələ bilmir.
Şəhərdə qırmızı təhlükə elan edilib. İctimai nəqliyyat dayandırılıb, məktəblər distant təhsilə keçib.
