Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 14:14)
Məhərrəm Atakişiyev Çindən saxta sənədlə Azərbaycan məhsul gətirib

media-gom


Atakişiyev Məhərrəm Əmirxəlil oğlu tərəfindən Çin Xalq Respublikasından idxal olunan, ümumi çəkisi 3500 kq “TİTAN 350 SC” adlı pestisid məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən baxış zamanı götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində məhsulun saxtalaşdırıldığı, etiket məlumatları ilə tərkibinin uyğunsuz olduğu müəyyən edilib.

 AQTA-nın yaydığı məlumata görə, aşkar olunmuş uyğunsuzluqla əlaqədar pestisidin istifadə təyinatı üzrə tətbiqinə icazə verilməyib.

Təqdim olunan sənədlərin həqiqiliyinə dair şübhələr yarandığından, məsələnin araşdırılması məqsədilə idxalçı ölkənin aidiyyəti qurumuna sorğu göndərilib. Müraciət əsasında, preparata dair mənşə sertifikatının verildiyi Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurası (China Council for Promotion of International Trade) tərəfindən göndərilmiş cavab məktubunda sertifikatın saxta olduğu bildirilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Qeyd edək ki, AQTA saxta və keyfiyyətsiz pestisid və aqrokimyəvi maddələrin dövriyyəyə çıxarılması ilə bağlı nəzarət tədbirlərini gücləndirib. Sahibkarlıq subyektləri tərəfindən saxta məhsulların təsərrüfatlarda istifadəsi yolverilməzdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
29 09 2025
28 09 2025
28 09 2025
28 09 2025
28 09 2025