Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 17:12)
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?


 

Parlamentdə, icra hakimiyyətlərində, nazirliklərdə, hüquq-mühafizə orqanları və s. qurumlarda bu universitetin diplomunu daşıyanlarların attestasiyasını kim aparacaq?

Respublikainfo.com Media Qrupu xəbər verir ki,  vaxtilə Elşad Abdullayevin hakimiyyətdəki məlum korrupsiya əlaqələri sayəsində “ərsəyə gətirdiyi” və saxta diplom, keyfiyyətsiz təhsil, açıq rüşvət ocağı olmuş Azərbaycan Beynəlxalq Universitetinin Azərbaycan təhsil sisteminə vurduğu ziyan hələ də özünü göstərməkdədir.


Bu gün Elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: Peşəkar Müəllim – Keyfiyyətli Təhsil” mövzusunda keçirilən tədbirdə bir sıra maraqlı rəqəmlər açıqlayıb. Onun dediyinə görə, müəllimlərin attestasiyası nəticəsində 8 min müəllim bilik səviyyəsinin aşağı olması səbəbindən işdən azad edilib. O qeyd edib ki, xarici dil müəllimlərinin yalnız 12%-i sertifikat imtahanlarından uğurla keçib.

Bir sıra ərazilərdə vəziyyət xüsusilə qorxuncdur. Belə ki, Astarada hər üç xarici dil müəllimindən birinin əmək müqaviləsinə attestasiyadan keçmədiyi üçün xitam verilib. Ümumilikdə proses başlayandan bu kateqoriyadan olan 1657 müəllim vəzifəsindən azad edilib.

Lakin məsələ ondadır ki, Beynəlxalq Universitetin məzunları təkcə təhsil deyil, bütünlükdə dövlət idarəçilik sistemindədirlər. İcra hakimiyyətləri, nazirliklər, komitələr, hüquq-mühafizə orqanları, məhkəmələr və s. qurumlar həmin universitetin diplomunu daşıyanlarla dolub daşır. Elə parlamentin özündə bu universiteti bitirən nə qədər deputat olub və var. Təhsil sistemini başa düşdük, orada aparılan attestasiyalar belələrini müəyyən edib kənarlaşdırmağa imkan verir. Bəs, dövlət idarəçilik sistemindəki bütün bu “kadrlar”ın attestasiyasını kim aparacaq?

Ümumiyyətlə, Azərbaycandakı idarəçilik sistemi saxta diplomlu, ali təhsili şübhə doğuran şəxslərin müxtəlif vəzifələrə, dövlət qulluğuna götürülməsinə niyə indiyə qədər göz yumub? Təbii ki, əksər hallarda bu adamların diplomları kimi, işə götürülməsi prosesi də “korrupsiya dəyirmanı”ndan keçib…

Yeri gəlmişkən, qeyd edək ki, hazırda da ABU-nun “yolunu” davam etdirən universitetlər var. Belələrinin sırasında ən çox adı keçən Azərbaycan Kooperasiya Universitetidir. Azərbaycanda Elm və təhsil naziri başda olmaqla, bu universitetdə təhsilin və korrupsiyanın hansı vəziyyətdə olduğunu bilməyən yoxdur. Ancaq ABU-nun məzunlarından gileylənən nazir eyni vəziyyətdə olan sözügedən universiteti “görmür”. Ona görə də bilmək olmur, kimdən kimə şikayət edir? Uzun illərdir mətbuat bu universitetdəki rüşvətdən, özbaşınalıqdan, təhsilin bərbad vəziyyətindən yazmaqdan yorulub. Ancaq buna məhəl qoyan yoxdur.


Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.  APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.  Müşavirədən sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Baxış iclası sentyabrın 2-nə təyin edilib.  Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, mayın 2-si Abdullayev Elşad İslam oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək Baş Prokurorluğun İstintaq idarəsinə çağırılıb.  Çağırışa gəlməyən E.Abdullayev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.  İbtidai istintaqın yekununda E.Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025
27 09 2025