Sosial (Bu gün, 12:21)
Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur

Onlar qeyd edirlər ki, Bir neçə gün əvvəl Şamaxı rayon Mərkəzi Xəstəxanasının fasadının yuyulmasına görə sifarış alıblar. Qaldırıcı yük maşını ilə Bakıdan yola düşərək bir gün səhər saat 7-dən axşam 10-a kimi Xəstəxanın şüşə fasadını yuyublar. İş bitdikdən sonra Xəstəxananın direktoru Natiq Əliyev baxış keçirib və yaxşı yuyulmadığını bəhanə edərək, xidmət üçün əvvəlcədən razılaşdıqları 1200 manatı verməkdən imtina edib. Çox mübahisədən sonra Xəstəxanasının şüşə fasadının ikinci dəfə yuyulmasına razılaşıblar. Üç gün əvvəl isə qaldırıcı yük maşını ilə Bakıdan yola düşərək səhər saat 7-dən axşam 6-ya kimi Xəstəxanın şüşə fasadını yenə yuyublar. Xəstəxananın direktoru Natiq Əliyev yenə baxış keçirib və bu dəfə də bəyənməyərək işçilərin pulunu verməkdən imtina edib. Səbəb isə onu göstərib ki, “mən buranı cibimin pulu ilə yuduzdururam, yaxşı iş görməmisiniz, cibimin pulunu sizə niyə verməliyəm”.
Məsələyə aydınlıq gətirmək məqsədi ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının təsərrüfat şöbəsinin müdiri Ziyadxan adlı şəxslə əlaqə saxladıq. O, qeyd etdi ki, mən bilmirəm o işi direktor özü danışıb, özündən soruşun. Ondan xahiş etdik ki, məsələ ictimailəşmədən öncə direktorun diqqətinə çatdırın.Bir neçə saatdan sonra yenidən əlaqə saxladıqda Ziyadxan müəllim dedi ki, direktorun diqqətinə çatdırdım, amma heç nə demədi.
Aktualinfo.org Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevin fəaliyyəti barədə araşdırma apardı. Məlum oldu ki, Natiq Tahir oğlu Əliyev TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına 2025-ci ilin yulun 29-da direktor təyin edilib. Natiq Əliyev daha əvvəl Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edib. Ondan əvvəl isə Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri və TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü kimi fəaliyyət göstərib. Natiq Əliyev 02.07.1995-ci ildə Şirvan şəhərində anadan olub, 2012-ci ildə Şirvan şəhər Məftun Osmanov adına 20 saylı orta məktəbi bitirib. 2013 -2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsində təhsil alıb. İxtisasca infeksionist olan Natiq Əliyev gənc həkimdir.
Göründüyü kimi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsini yeddi il əvvəl bitirmiş bir şəxsi Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edib. (Azərbaycan Tibb Universitetini bitirənlər karyera pillələrini belə sürətlə niyə qalxa bilmir?) TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Natiq Əliyevi hələ 2023-cü ildə, 28 yaşında Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə çəkmişdir.
Sual yaranır. Tibb sahəsində hansı xidmətlərinə görə?
Mediada yayılmış avtobioqrafiyasında göstərilir ki, 2013-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində, 2018-2022-ci illər ərzində isə yoluxucu xəstəliklər üzrə rezidentura təhsili alıb. 2019-2020-ci illərdə Türkiyənin “Kocaeli Üniversitesi Araştırma ve Uygulama Hastanesi”ndə infeksion xəstəliklər və klinik mikrobiologiya bölməsində, 2020-2022-ci illər ərzində “Marmara Üniversitesi”ndə təhsilini davam etdirib. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə ikinci ali təhsil alır.
Avtobioqrafiyasından da göründüyü kimi, Natiq Əliyev 2021-2022-ci illərdə sanitar həkim vəzifəsində çalışıb. Bəs necə olub ki, bu sanitar həkim bir ildən sonra Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyinat alıb? Yenə sual yaranır. Tibb sahəsində hansı xidmətlərinə görə?
Əldə etdiyimiz məlumatlara görə Natiq Əliyevin anası Şirvan şəhərində tanınmış bir həkimdir. Çox güman ki, Natiq Əliyevin karyerasındakı yüksəliş də buradan qaynaqlanır.
Qayıdaq təmizlik xidmətinin işçilərinin pulunun verilməməsi məsələsinə. Qeyd etdiyimiz kimi Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev məsələyə heç bir münasibət bildirmədi. Odur ki, suallarımızı buradan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova ünvanlayırıq.
Şamaxı rayon Mərkəzi Xəstəxanası kimi mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-ə tabeli dövlət qurumudur?
TƏBİB-ə tabeli dövlət qurumu olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanası təmizlik kimi xidmətlərin görülməsi üçün nə üçün müqavilə bağlamır?
Satınalmaların portalına yerləşdirilmiş məlumata görə Şamaxı rayon Mərkəzi Xəstəxanası 18.12.2024-cü ildə balansında olan binalarda və həyətyanı sahələrdə cari təmir işlərinin satınalınması üzrə “LOKAL GROUP” MMC ilə 135.606,66 manat məbləğində müqavilə bağlayıb.
Xəstəxananın həyətyanı sahələrdə cari təmir işlərinin satınalınmasına ayrılmış 135 min manat necə olub ki, Natiq Əliyev Xəstəxanada abadlıq işlərinə cibindən pul xərcləyir?
Şamaxı rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev aylıq əmək haqqı nə qədərdir ki, Xəstəxanada abadlıq işlərinə cibinin pulunu xərcləyir?
TƏBİB-ə tabeli dövlət müəssisələrində rəhbər vəzifəli şəxslərin mühafizəçi ştataı varmı?
Gənc kadr Natiq Əliyevin yanında gəzdirdiyi mühafizəçilərə maaşı kim verir, TƏBİB, yoxsa direktor?
Hələlik TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanova ünvanladığımız suallar bu qədərdir. Ümid edirik gənc kadrı Natiq Əliyevdən fərqli olaraq o, bu kimi məsələlərin aydınlaşdırılmasına göstəriş verəcək.
Sonda onu da qeyd etmək istərdik ki, Natiq Əliyev Hacıqabul rayon Mərkəzi Xəstəxanasında işləyərkən mediaya geniş müsahibə də verib. Natiq Əliyev qeyd edib ki, ən gənc rəhbərlərdən biri olmağın məsuliyyəti də çoxdur. Hazırda etimadı doğrultmağım üçün var gücümlə çalışıram.
Etimadı beləmi doğruldurlar Natiq Əliyev? Bu sualın cavabını isə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına təyin olunmuş gənc direktordan gözləyirik.
Aktualinfo.org
R.S. Mövzu təmizlik xidməti işçilərinin zəhmət haqqı verilməyənədək davam edəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
18 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025