Sosial (Dünən, 22:48)
Xırdalanda ağaclar kütləvi şəkildə niyə kəsilir? - Açıqlama

Mediatv.az xəbər verir ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) Report-a verilən məlumata görə, mayın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.
Bildirilib ki, qurumanın səbəbələrinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunub.
Məlumata görə, qurum tərəfindən araşdırma aparılıb və qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilib:
"Belə ki, Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda 292 ədəd şam ağacının, ümumilikdə rayon üzrə 980 ədəd kök üstündə qurumuş ağac və gül kolunun götürülməsi haqda məktub daxil olub. Bu rəyə uyğun olaraq rayon ərazisində mövcud olan qurumuş ağacların mərhələli şəkildə götürülməsi prosesinə başlanılıb. Götürülmüş quru ağacların ünvanları koordinatlar və say olmaqla aidiyyatı qurumların iştirakı ilə qeydiyyata alınıb. Hazırda yay mövsümü olduğundan yeni tinglərin əkilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab olunmadığından mövsüm zamanı (payız ayları) yeni ağacların əkilməsi nəzərdə tutulub".
Həmçinin əlavə olunub ki, ötən il ərzində rayon ərazisində 20 minə yaxın ağac və kollar əkilib, onlara aqroqulluq təşkil edilib.
Qeyd edək ki, sosial şəbəkədə adıçəkilən ərazidə ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı paylaşımlar edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
16 07 2025
16 07 2025