Karusel / Slayd / Redaktor seçimi (15-04-2021, 09:30)
Atatürk prospektində ağacların "soyqırımı"
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 2020-ci ilin payızında qazandığı və buna qədər 30 il işğal altında qalmış torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnən möhtəşəm qələbədən sonra mənfur düşmənin rəzill əməllərinin ətalət qüvvəsi ilə davam etdiyi üzə çıxdı. Həmin rəzalətin sırasında ikrah doğuran biri də o oldu ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış və faktiki olaraq Ermənistanın kapitulyasinı təsdiqləyən 10 noyabr Birgə Bəyanatına uyğun olaraq Kəlbəcəri, Laçını, Ağdamı döyüşsüz tərk etmək məcburiyyətində qalan ermənilər əziz əşyaları olan unitazlarını çiyinlərinə götürüb gedərkən təkcə geridə buraxdıqları evlərə deyil, meşələrə də od vurub yandırdılar. Sözsüz ki, Azərbaycan tərəfinin hazırladığı və Ermənistana qarşı beynəlxalq məhkəmə müstəvisində irəli sürəcəyi təzminat tələbində düşmənin ekologiyamıza vurduğu ziyan da nəzərə alınacaqdır.
İndi isə təsəvvür edin, bütün dünyanın erməni vandalların bu əməllərini pislədiyi halda özümüzün paytaxtımız Bakıda yaşıllıqları məhv etməyimizə və bunun Zəfər Paradına hazırlıq işləri çərçivəsində həyata keçirildiyini deməyimizə nə ad qoymaq olar?
Mediatv.az informasiya portalı Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektində 100-dən çox ağac və kolların qanunsuz olaraq məhv edilməsi barədə redaksiyaya daxil olmuş məlumatı ona əlavə edilmiş fotoşəkillərin müşayiəti ilə 05 fevral 2021-ci il tarixli 10/205 saylı rəsmi məktubla Bakı Şəhər İcra Hakimiyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru cənab Həsrət Əmrahova ünvanlamış, məlumatda ehtiva olunan məsələlərin araşdırılmasını və nəticə barədə redaksiyanın məlumatlandırılmasını xahiş etmişdi.
Birliyin direktoru H.Əmrahov readksiyaya düz bir ay sonra–martın 12-də Ç-DQ-69 saylı cavab məktubu yazmışdır. Müəllif sözügedən faktı şəhər ərazisində mövsümlə əlaqədar operativ yeni yaşıllaşdırma tədbirləri ilə əlaqələndirmiş, həmçinin Bakı şəhərinin “Zəfər paradı”na hazırlığının getdiyi 01-05 dekabr tarixlərində həyata keçirildiyini, Atatürk Parkında köküstə tam qurumuş, qəzalı vəziyyətə düşmüş və aşma təhlükəsi olan Qovaq ağaclarının götürülməsi işlərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza İdarəsinn 06 noyabr 2019-cu il tarixli 22/3276 nömrəli məktubunun, Nərimanov Bələdiyyəsinin 04.12.2020-ci il tarixli “Yasıllıqların götürülmə vərəqi”nin rəhbər tutularaq 11 saylı RETSİ-nin əməkdaşlarına şifahi (?) məlumat verməklə aparıldığını bildirmişdir. Direktor həmçinin Birlik tərəfindən daha əvvəl qurumuş ağacların götürüldüyünü, yerinə 133 ədəd Sərv ağacı əkildiyini xatırlatmışdır.
Biz paytaxtda, o cümlədən Nərimanov rayonunda qurumuş, qəzalı vəziyyətə düşmüş, aşma təhlükəsi vəd edən ağacların olmadığını iddia etmirik, onların zərərsizləşdirilməsi və yeniləri ilə əvəzləndirilməsi yönündə görülən işləri də təqdir edirik. Amma konkret ünvanda bizim qeydə aldığımız fakt ondan ibarətdir ki, ağaclar qoparılanadək qurumamış və aşma təhlükəsi daşımamışdır. “Qurumuş” adı qoyulan ağaclarla birgə həm də yaşıl kolların məhv edilməsini isə heç bir arqumentlə izah etmək mümkün deyil.Bəlkə ağaclara düzgün aqrotexniki qulluq olunmamışdır?
Birmənalı qeyd edirik, bu yaşıllıqın məhv edilməsi “Zəfər paradı”na xidmət etmirdi. Məhv edilən ağac və kolların yeganə “günahı” ondan ibarət idi ki, onlar arxalarında olan iri qeyri-yaşayış (kommersiya) obyektinin yoldan görüntüsünə kölgə salır, onun müştərinin diqqətini çəkməsinə mane olurdular.İndidən aydındır ki, o ünvanda məhv edilən “Qovaq” ağaclarının və kol bitkilərinin yerinə, nə yeni “Sərv” ağacları nə də ki kol bitkiləri əkilməyəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024