İqtisadiyyat (11-06-2025, 22:35)
“Azadoğlu Group”un yarım milyon manat vergi borcu var

Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 560 694,67 manat təşkil edir.
“Azadoğlu Group” şirkəti 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Cabbarov Fuad Azad oğludur. Xocalıda fəaliyyət göstərən “Azadoğlu Group” şirkəti ötən il işçilərin hüquqlarını pozduğuna görə gündəmə gəlmişdi.
Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, sözgedən şirkət tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında rayon prokurorluğunda araşdırılma aparılıb. Araşdırma zamanı “Azadoğlu Group” MMC tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Xocalı rayon prokurorluğunda MMC və MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.
Məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat və Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə MMC-nin vəzifəli şəxsi Fuad Cabbarov 4 min manat məbləğində inzibati cərimə edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
11 06 2025
11 06 2025
11 06 2025