Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 11:24)
“Palma Kafe”də Müştəri Biabırcılığı-FOTOLAR


Bakının mərkəzində, Park Bulvar ərazisində yerləşən və “Palma Kafe” kimi tanınan məşhur restoran barədə ciddi narazılıq var. Xüsusi.TV-yə müraciət edən vətəndaşın dedikləri sözün əsl mənasında bu məkanda xidmətin nə dərəcədə bərbad olduğunu göz önünə sərir.

Şikayətçinin sözlərinə görə, 19 iyun 2025-ci il tarixində ailəsi ilə birlikdə – ümumilikdə 4 cütlük – bu restorana istirahət məqsədilə üz tutublar. Lakin onları qarşılayan mənzərə peşmanlıqdan başqa bir şey olmayıb.

Onlardan əvvəl masa arxasında əyləşmiş müştərilər restoranı tərk etdikdən sonra stolun üzərində çirkli stəkanlar, samovar və əvvəlki sifarişlərin qalıqları qalmaqda davam edib. Dəfələrlə ofisiantlara müraciət olunmasına baxmayaraq, yarım saatdan çox heç bir reaksiya verilməyib. Nəhayət, administratorun müdaxiləsindən sonra masa təmizlənib.

Sifariş zamanı isə daha acınacaqlı hal yaşanıb – gətirilən çay soyumuş, keyfiyyət baxımından heç bir tələbatı ödəmir. Müştərilər eyni çayı yenidən sifariş versələr də, vəziyyət dəyişməyib. Xidmət keyfiyyəti tam sıfır səviyyəsində olub.

Ən çox qıcıq doğuran məqamlardan biri də qiymətlərlə bağlıdır: Sadə qara çay 8 manat, şirniyyatların və digər yeməklərin qiyməti isə şəhərdəki əksər restoranlarla müqayisədə xeyli bahadır. Müştərilər haqlı olaraq sual edir: bu qiymətə qarşılıq göstərilən bu laqeyd münasibət nə ilə izah olunur?

Vətəndaş iddia edir ki, restoran rəhbərliyi üçün əsas məsələ müştəri məmnuniyyəti yox, gəlir əldə etməkdir – istər keyfiyyət olsun, istər xidmət, istərsə də gigiyena.

Bu kimi obyektlərdə Vergilər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi araşdırma aparılmalıdır. Belə halların artması nəinki turizmə, həm də yerli vətəndaşların hüquqlarına ciddi zərbə vurur.(Xüsusi.TV)

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.




шаблоны для dle 11.2

Xəbər lenti
3 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
2 07 2025
1 07 2025
1 07 2025
1 07 2025
1 07 2025
1 07 2025