Sosial (2-06-2025, 16:29)
FHN Tibb Xidmətinin rəisi təyin olunan tanınmış qastroenteroloq kimdir?
“Qafqazinfo” xəbər verir ki, o, uzun illər ərzində ölkənin nüfuzlu tibb müəssisələrində qastroenteroloq kimi fəaliyyət göstərib, bu sahədə yüksək peşəkarlığı və bilikləri ilə fərqlənib. Bir il ərzində FHN Tibb Mərkəzində şöbə rəisi vəzifəsində çalışaraq həm təşkilati, həm də tibbi sahədə uğurlu fəaliyyəti ilə seçilib.
Arzu Yusifova 1978-ci ildə Bərdə şəhərində anadan olub.1994-2000-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2009-2011-ci illərdə Mərkəzi Gömrük Hospitalında, 2011-2012-ci illərdə Xüsusi Müalicə Sağlamlıq Kompleksində, 2012-2015-ci illərdə Respublika Diaqnostika Mərkəzində həkim-qastroenteroloq, hepatoloq invaziv endoskopist olaraq çalışıb.
2015-ci ildən etibarən Baku Medical Plazada fəaliyyət göstərir.
FHN naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Arzu Yusifovanın peşəkarlığı və uğurlu rəhbərlik qabiliyyəti nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinə rəhbər təyin olunub.
