Sosial / Slayd (25-04-2021, 23:45)
Teymur Musayev 1-ci sinifə Afrikada gedib - Maraqlı faktlar

Mediatv.az Modern.az-a istinadən Teymur Musayevevin tərcümeyi-halında maraqlı məqam T.Musayevin ilk dəfə orta məktəbə uzaq Əlcəzairdə getməsidir. Bu da onun valideyninin keçmiş SSRİ-nin Afrika ölkəsindəki konsulluğunda çalışması ilə bağlı olub.
Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.
1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğu nəzdindəki 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi medalla bitirib.
1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna daxil olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya Komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb.
2003-2004-cü illərdə Fransanın Strasburq Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub.
2013-2015-ci illərdə Riqa Beynəlxalq Biznes və İqtisadiyyat Məktəbi və Riqa Stadins Universitetində birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında “Master fo Health Management (business executive)” magistr dərəcəsinə yiyələnib.
1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkimi-uroloq kimi fəaliyyət göstərib.
1997-2001-ci illərdə “H.T.P.-hi tec Pharm” İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib.
2001-2003-cü illərdə “Azərbaycan Respublikasının ilk reproduktiv sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb.
2003-2006-cı illərdə “Baku City Hospital” özəl tibb mərkəzində həkim-uroloq, 2006-2015-ci illərdə N.Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb.
2015-2016-cı illərdə “Baku Dobromed Hospital” özəl tibb mərkəzinin tibbi direktoru olub.
2016-2019-cu illərdə “Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb.
2019-2020-ci ilin aprel ayına kimi “Spero Hospital” özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.
2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri, 23 aprel 2021-ci il tarixindən Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, Azərbaycan Respublikası Səhiyyə nazirinin səlahiyyətlərinin icraçısı təyin edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025
17 09 2025