Sosial (Dünən, 15:33)
Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Gülnarə Sultan qızı İbadova (VÖEN – 1605375812) olub.
Məşğulluq Agentliyi Gülnarə İbadovaya məxsus 400 kvadratmetr qeyri-yaşayış sahəsini 3 il müddətinə icarəyə götürəcək və icrə haqqı olaraq 133 min 200 manat ödəyəcək.
Məlumatlardan da göründüyü kimi, Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin aylıq icarə haqqı 3 min 700 manat təşkil edəcək.
Onu da qeyd edək ki, Məşğulluq Agentliyi bu ilin yanvar ayında da Gülnarə Sultan qızı İbadovadan Bakı şəhərində ofis icarəyə götürüb.
Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi də Gülnarə İbadova olub. Məşğulluq Agentliyi Gülnarə İbadovaya məxsus 8 335 kvadratmetr qeyri-yaşayış sahəsini icarəyə götürüb və icarə haqqı olaraq 1 milyon 499 min 299 manat 80 qəpik ödəyəcək.
Qeyd edək ki, açıqlanan məlumatlarda icarə müddəti barədə məlumat verilməyib

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
31 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025