Sirr deyil ki, cəmiyyətdə Ümummilli lider Heydər Əliyev haqqında kitab yazıb, sonra da bunu spekulyasiyaya çevirənlər var. Bəzən bu işə çox hörmətli adamlarımız da qoşulur. Cildlərlə kitablar yazırlar və həmin kitablar yalnız onu yazanın kitabxanasında özünə yer tapır. Vaxtilə bu, az qala kütləvi hala çevrilmişdi. Ona görə bu işlə möhtəkirlik məqsədilə məşğul olanlara Prezident Administrasiyasından təpki gəlmişdi.
Amma görünür, həmin xəbərdarlıqları hələ də qulaqardına vuranlar var. Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva da təqvimin 10 may günü ərəfəsində Ulu Öndər haqqında kitab nəşr etdirib və məktəblərdə rəhbər vəzifəli təhsil işçilərinə bir nüsxəsini 250 manatdan məcburi satdırır. Kitabda ayrı-ayrı məktəb direktorlarının şəkilləri, onların Heydər Əliyev haqqında söylədikləri qısa həcmli fikirlər yer alıb. Direktorlara verilən kitab nüsxələrinin sayı onların rəhbərlik etdikləri məktəbin müəllim heyəti və şagird kontingentinin böyüklüyündən asılı olaraq bir deyil, bir neçə nüsxə də ola bilər. Bildirilir ki, satış prosesi elə kitabın təqdimatının keçirildiyi tədbirdən başlanıb.
Adama deyərlər, əgər Heydər Əliyevlə bağlı kitabı çap etdirməkdə məqsədin kommersiya deyil, Ulu Öndərin əbədiyaşar xatirəsinə işıq tutmaqdırsa, kitabın mətnini elektron kitabxanaya yerləşdir, qoy onlayn rejimdə oxusunlar. Aydın məsələdir ki, məqsəd pul yığmaqdır.
Nyus.Az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 05 2025
30 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025
29 05 2025