Sosial (9-02-2023, 23:10)
FHN-nin sabiq əməkdaşı ölkə rəhbərinə müraciət etdi.
FHN-nin sabiq əməkdaşı Bayramov Rəşad Kamil oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının I-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Fövqalədə Hallar Naziri cənab Kəmaləddin Heydərova müraciət ünvanlanıb.Bir nüxsəsi də Mediatv.az-ın redaksiyasına daxil olan müraciətdə deyilir:
Cənab Ali Baş Komandan!
Yazıb Sizə bildirirəm ki,1984-cü ildə Cəlilabad rayonunda anadan olmuşam. 2001-ci ildə Cəlilabad rayon 8 saylı tam orta məktəbini əla və yaxşı qiymətlərlə bitirmişəm.Elə həmin il Bakı Yanğın Təhlükəsizliyi orta-ixtisas təhsil müəssiəsinə daxil olmuşam. 2003-cü ildə həmin məktəbi bitirdikdən sonra, Biləsuvar rayonunda yerləşən Yanğın Nəzarəti Xidmətinə inspektor vəzifəsinə qəbul olunmuşam. 2006-ci ildə cənab Nazir Kəmaləddin Heydərovun əmri ilə Bakı şəhəri, Əzizbəyov rayonu DYN xidmətində inspektor vəzifəsinə təyinat almışam. 2008-ci ildə ailə vəziyyətimlə əlaqədar olaraq kapitan rütbəsində, öz ərizəmlə işdən azad olunmuşam. İşlədiyim müddətdə nümunəvi işimə görə, dəfələrlə mükafatlandırılmışam,heç bir xidməti cəza almamışam.
Cənab Ali Baş Komandan!
Yenidən işə bərpa olunmaq üçün, dəfələrlə FHN-i hörmətli Kəmaləddin Heydərova müraciət etmişəm. Kəmaləddin müəllimin humanist və belə işlərə obyektiv yanaşdığına inanıram. Mənə elə gəlir ki,müraciətim cənab nazirə çatdırılmır.
Sizdən, FHN-də işimə bərpa olunub, xidmətimi davam etdirmək üçün cənab Nazirə göstəriş verməyinizi xahiş edirəm.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025


























