Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (Bu gün, 17:21)
Rəmzə dönən nemətlər!

remze-donen-nemetler


Bir zamanların “pilləkən altı istehsalçısı” kimi dəyərləndirilən bu ölkəsi, indilərdə sözün əsl mənasında göylə əlləşir. Çin yeni dünyanın fövqəldövləti olmaq yolunda bütün sahələrdə Amerika ilə başabaş mübarizədədir. Bu qədər böyük bir dövlətin Azərbaycana diqqət ayırması, dövlət başçımıza göstərilən ehtiram, keçirilən görüşlərin miqyası, imzalanan müqavilələr hər birimizi qürurlandırır.

Azərbaycan Prezidenti Çin Xalq Respublikasının kifayət qədər ciddi dövlət adamları tərəfindən təyyarənin pilləkənlərində qarşılanır. Bütün səfər boyu Çinin ən ali vəzifəli şəxsləri ilə görüşlər keçirilir, rəsmi qəbullar, dövlət başçısının şərəfinə verilən yeməklər və ən sonda eyni ehtiramla yola salınma ondan xəbər verir ki, qarşı tərəf ən kiçik detallara belə fikir verib. Səfərin təşkilatçıları ölkəmiz haqda kifayət qədər məlumatlı insanlardır və qüsursuz təşkilatçılıq var.

Bizim mövzumuz böyük məsələlər deyil. O məsələləri hələ uzun müddət bizim ölkədə də, xaricdə də politoloqlar, dövlət rəsmiləri həm açıq formada televiziyalarda, həm də bağlı görüşlərdə müzakirə edəcəklər. Biz sadə insanlar bu səfərin kiçik sayıla biləcək, amma çox maraqlı detallarından danışaq. İlk görüşdə, ilk görüb-duyduğumuz anda bizə xoş gələn, bizi qürurlandıran detallardan.

Başlayaq rəsmi qarşılanma mərasiminə... Protokol üzrə hər şey yerli yerindədir. İki dövlətin birinci şəxsləri görüşür. Bayraqlar, fəxri qarovul, dövlət himnləri. Hər iki ölkənin rəmzləri mərasimə rəng qatır. Və elə bu anda “Ey Vətən” mahnısının sədaları eşidilir. İlk dəfə hələ məktəbli yaşlarımda Flora xanımın ifasında dinləyib uzun zaman təsirindən ayrıla bilmədiyim bu mahnını sonralar digər sənətçilərin ifasında da çox dinləmişdim. Lakin bu mahnını son vaxtlar bütün ölkə boyu populyarlaşdıran hadisə işğaldan azad olunan torpaqlarımızda dövlət başçısı tərəfindən təsirlənərək dinlənilməsi idi. Elə o kadrlarla da “Ey Vətən” bizim azad torpaqlarımızın simvoluna çevrildi. İndi hər dəfə bu mahnını eşidəndə vətən torpaqlarının düşmən tapdağından azad olunduğu günlər yadımıza düşür. Demək ki, Çindəki rəsmi mərasimdə bu mahnının səslənməsi təsadüf və əbəs deyildi. İndi bütün dünya bu mahnının bizim üçün nə əhəmiyyət kəsb etdiyini bilir.

Dövlət başçımızın səfərin son günü Çinin ən böyük televiziyalarından birinə verdiyi müsahibə zamanı nəzərəçarpan detallar isə daha möhtəşəm və qürurverici idi. Prezidentin əyləşdiyi kreslonun yanına masada qoyulan çay, su və limon ilk baxışdan adi nemətlər kimi görünə bilər. Amma çayın armudu stəkana süzülməsi, suyun isə “İstisu” brendinə aid olması çox mətləblərdən xəbər verir. 

Burada bir balaca kənara çıxacağam. Amma mətləbdən kənara çıxmağım, mətləbə aydınlıq üçündür deyə xoş qarşılanar yəqin ki. Bizim kənddə Niyaz adlı bir kişi var - toy məclislərinin vazkeçilməz çay paylayanı. Onu bütün toylarda görürsən. Əlində “podnos”la bəzən 300-400 nəfərlik məclisə tək qulluq edir. Niyazın vazkeçilməz olması onun təkcə zirəkliyi, yaxşı işləməsi ilə bağlı deyil. Qonaqlığa gələcək kənd adamlarının və hətta kənar kəndlərdən gələn hər bir qonağın çayı necə sevməsi, kimin tünd, kimin açıq çay sevməsi və ən əsası kimin hansı stəkanda çay içməyi sevdiyini çox yaxşı bilir Niyaz. Niyazın qonaqları bir neçə yerə bölünür. Adi qonaqlar, onlara istənilən stəkanda, istənilən istilikdə, istənilən rəngdə çay verə bilərsən. Onlar üçün fərqi yoxdur. Stəkana fərq qoymayan, amma açıq və ya rəngli çay içənlər - bunlar mağara girəndə artıq Niyaz çay süzənə tapşırıq verir: “3 dənə rəngli, iki dənə açıq çay, normal stəkanda”. Stəkanı standart deyil, fərqli olanlar da mağarın o başından görünəndə Niyaz müvafiq tapşırığını verir: “2 dənə taraş stəkanda, 3 dənə xrustal stəkanda. Xrustal stəkandakılardan biri yarımçıq olsun!”

Hə, bir də bütün məclislərin xüsusi qonaqları olur. Bir də görürsən Niyaz əl-ayağa düşüb, çayı süzənə güvənmir, stəkanı özü götürür, isti suda xeyli yaxalayır, əvvəl rəngi diqqətlə süzür, sonra dağ suyu əlavə edir. Stəkanı yuxarı qaldırıb baxır, xoşuna gəlmədisə ya rəngi artırır, ya da ağ suyu. Sonra çayı səliqəylə “podnos”a qoyub yanına limon düzür və başı üzərinə qaldırıb aparır. Onda hamı bilir ki, məclisə kimsə xüsusi qonaq gəlib. Bu qonaqlara çayı birmənalı olaraq armudu stəkanda verir Niyaz. Hətta görənlər deyir ki, səhər tezdən toy mağarına gələndə Niyaz evdən armudu stəkan gətirir ki, birdən toy evində bu stəkandan olmaz.

Dünən müsahibə zamanı çəkilmiş fotonu görəndə mənim yadıma yuxarıda yazdıqlarım düşdü. Fikirləşdim ki, doğrudan da, yaxşı hazırlıq görülüb, detallara fikir verilib. Amma məsələ sıradan araşdırmaya oxşamırdı. Çayın bizim xalqın sevimli içkisi olması da, limonla içilməsi də azca araşdırılmada məlum olan şeylərdir. Amma armudu stəkana süzülən çayı görəndə dövlət başçımızın torpaqlarımızın işğaldan azad olunduqdan dərhal sonra doğma Şuşada, Cıdır düzündəki çay içməsi xatırlanır.

Armudu stəkanda çay, artıq qələbəmizin rəmzidir. Vətənə, yurda dönüşümüzün simvoludur. Və əlbəttə ki, müqəddəs vətən Kəlbəcərin möcüzəsi - “İstisu”. Minlərlə şəhidin qanı, qazinin canı, dövlətin gücü bahasına qarış-qarış geri qaytarılan torpağımızın bağrından qaynayan, illərlə həsrətini çəkdiyimiz, Zəm-zəm suyu bildiyimiz müqəddəs su. Bunların eyni masada görülməsi ondan xəbər verir ki, artıq bütün dünya bizim zəfərimizin simvollarını, müqəddəs rəmzlərə çevrilmiş nemətlərimizi tanıyır, bilir. Artıq bütün dünya bizi zəfərimizlə, “Ey Vətən” mahnımızla, Cıdır düzündə içdiyimiz armudu stəkandakı limonlu çayla, illər sonra yağı işğalından azad edib ruh verdiyimiz, az bir zamanda brendə çevirdiyimiz “İstisu” ilə tanıyır, qəbul edir və sevir.

Bunlar gözəl mənzərələrdir. Bu günləri, bu mənzərələri görməyimizdə əməyi olan, bunlara vəsilə olan hər bir şəxsin qarşısında baş əyirik! Görüləsi çox gözəl günlər, gözəl şeylər varmış! Yaşamağa dəyərmiş!

Yaşasın Azərbaycan dövləti!

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025