Sosial (10-12-2024, 12:02)
İşinin öhdəsindən layiqincə gələn rəhbər-PORTİRET
Mənə elə gəlir ki, hər bir insan özünün taleyinə görə yaradılıb. İnsanların həyat yolunu müşahidə etdikdə onların mənəvi aləmi, fitrəti ilə taleyi arasında qəribə bir ahəngin şahidi oluruq. Görünür, həyatda təsadüfi heç nə yoxdur. Hər şey müəyyən qanunauyğunluqla nizamlanır.İnsanlar həmişə yaxşı işlər görməli, yaxşı insanlar olmalıdırlar. Xeyirxah insanlar hamı tərəfindən sevilir və hörmət edilirlər.Onlar həm də Allahın məhəbbətini qazanırlar.Müqəddəs kitabımız olan Quran yaxşı insan olmağın vacibliyindən bəhs edir.Haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi, sözün əsl mənasında ziyalı, xeyirxah insan və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən "Lifttəmir" İstehsalat Birliyinin rəisi Xalid Ələkbərov- bu gün özünə hörmət qazanan şəxslərdən biri olmaqla, yuxarıda sadaladığımız fikrin obyektivliyinə inanmalı oluruq. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi onu tanıyanlar tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.
Əslində onun portret yazısına ZAMANIN istənilən rakursundan başlamaq olar – DÜNƏNdən də, BU GÜNdən, SABAHdan da...
DÜNƏNdən başlamaq olar, çünki o, dünən də çalışdığı sahədə qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyib,tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlib.
BU GÜNdən başlamaq olar, çünki o, bu gün öz təcrübəsi, bilik və bacarığı, peşəkarlığı ilə Azərbaycan dövlətçiliyinə layiqli xidmətin nümunəsini yaradır, ona çalışdığı sahədə göstərilən etimadı ləyaqətli şəkildə doğruldur.Eyni zananda Xalid Ələkbərovun həyat yolu halallıqdan keçib, təqva əhlidir-HACIDIR.
SABAHdan başlamaq olar, çünki o, dünən qazandığı, bu gün davam etdirdiyi uğurları ilə gələcəkdə də yeni nailiyyətlərə imza atacağının müjdəsini verir. Hazırda çalışdığı "Lifttəmir" İstehsalat Birliyinin rəisi kimi təmiz adını və reputasiyasını qoruduğu kimi, sabah da, biri gün də, bir sözlə, hər zaman bu adı qoruyacağına dair insanda sarsılmaz inam aşılayır.Xalid Ələkbərovun ən mühüm özəlliklərindən biri hansı vəzifədə çalışmasından asılı olmayaraq öz işinin öhdəsindən peşəkarcasına və vicdanla gəlməsidir. Onun üçün vəzifənin kiçiyi-böyüyü yoxdur. Onun üçün başlıcası, önəmlisi ona tapşırılan, üzərinə düşən işi məsuliyyətlə və müvəffəqiyyətlə yerinə yetirməkdir. Yorulmadan qurmaq, yaratmaqdır. İşgüzarlıq, çalışqanlıqdır. Hansı qurumda işləyirsə işləsin müsbət izlər buraxmaq, həmin qurumu irəli aparmaqdır.Bu bacarıq yalnız Xalqına məhəbbəti, Dövlətinə sədaqəti özünün həyat prinsipi seçənlərə xasdır.Eynilə Xalid Ələkbərov kimi!
Çox təssüflər olsun ki,onun gördüyü müsbət işləri gözü götürməyən,Xalid Ələkbərov uğurlarını həzm edə bilməyən qeyri-konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar.Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, ağ qara ləkə götürmür, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir.
Məhz bütün bu keyfiyyətlərinə görə də karyera pillələri ilə ardıcıl şəkildə yüksəlməyi bacarıb.Öz işinin mükəmməl bilicisi olan Xalid Ələkbərov daha mənalı ömür yaşayır, mümkün olduğundan da artıq iş görməyə çalışır.Böyük bir kollektivin rəhbəri olaraq yerlərdən gələn təşəbbüslərə, qaldırılan məsələlərə operativ münasibət göstərmiş, onların həllinə köməklik etməklə bərabər, həm də demokratik iş metodlarının bərqərar olmasına şərait yaratmışdır. Hər kəs istənilən an və çəkinmədən öz ürək sözünü "Lifttəmir" İstehsalat Birliyinin rəhbərinə çatdırıb deyə bilir.O hər zaman xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır.Xalid müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir kəs zərər çəkməyib, çətinliyə düşməyib. Çünki o, əsilli-köklü insandır, saf və təmənnasız ziyalıdır. Qürurun, əyilməzliyi və dönməzliyiylə, nəhayət, əsl bəyzadəliyiylə onu tanıyan insanın qəlbində özünə əbədi heykəl ucalda bilmişdir. İctimaiyyətlə sıx əlaqəsi, xoş rəftarı işlədiyi insanlar arasında ona böyük nüfuz qazandırmışdır.Xalid müəllimi fərqləndirən cəhətlərdən biri də budur ki, öz təmiz adını, nüfuzunu qorumağı bacarır, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.O müdrikcəsinə bilir ki, həyatda yalnız tutduğun yol əbədidir, amal əbədidir,əməl əbədidir.
Yolu, amalı, əməli düz olanların mükafatını isə Tanrı da, Tarix də, Tale də artıqlaması ilə verir.
Əfqan Bəhluloğlu
Mediatv.az xəbər portalının rəhbəri
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
12 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
11 11 2025
























